Media

Ayan Ağalar işindən ayrıldı

Azərbaycan Respublikası Dövlət Neft Fondunda kadr dəyişikliyi olub. 
Jamaz.info oxu.az-a istinadən xəbər verir ki, qurumun İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru və mətbuat katibi Ayan Nəcəf öz ərizəsi ilə işindən ayrılıb.
A.Nəcəf bu vəzifəyə ötən il təyinat almışdı.
O, saytımıza məlumatı təsdiqləyib və artıq Azərbaycan Cüdo Federasiyasının Marketinq və Kommersiya məsələləri üzrə müşaviri vəzifəsində çalışdığını qeyd edib.
Qeyd edək ki, onun yerinə hələlik təyinat yoxdur.
Xatırladaq ki, o, daha əvvəl AFFA və Bakı Şəhər Halqası Əməliyyat Şirkətində də çalışıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button