Media

Abid Qafarov həbs edildi

Bu gün Yasamal rayon Məhkəməsinin hökmü ilə “Tərtər işi” üzrə ardıcıl araşdırma aparan, KİM TV-nin redaktoru Abid Qafarov həbs olunub. JAMAZ.İNFO xəbər verir ki, qazilərə böhtan atması iddiası ilə çıxarılan hökmə əsasən Qafarov 1 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, ona qarşı İkinci Qarabağ müharibəsi veteranlarından ibarət qrup iddia qaldırıb. Əvvəlcə şikayətçilərin sayı 7 nəfər idi, sonradan dörd veteran şikayətini geri çəkib.

Veteranlar hesab edir ki, Abid Qafarov internetdəki çıxışında onları təhqir edib və böhtan edib.

Qafarov ittihamı hüquqi cəhətdən əsassız hesab edir, belə ki, o, şəxsən heç kimin adını çəkməyib. “Mən veteranları təhqir etmək istəmirdim, əksinə, istəyirdim ki, onların hüquqlarını pozulmasın”.

Fərdi ittihamçılar onun böhtan və təhqirə görə – CM-in 147 və 148-ci maddələri ilə bir il müddətinə azadlıqdan məhrum edilməsini tələb edirlər

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button