Media

525-ci qəzetin ad günüdür

Bu gün “525-ci qəzetin” yaranmasından 30 il ötür.

Jamaz.info xəbər verir ki, 1992-ci il 17 noyabrda ilk dəfə Rəşad Məcidin təsisçiliyi ilə nəşrə başlayan qəzetin adının seçilməsi maraq doğurub. Belə ki, qəzeti öncə “Sabah”, “2×2” adı ilə çap etdirmək istəsələr də, hər iki adda başqa nəşrin qeydiyyatdan keçdiyi məlum olub. Ona görə də rəhbərlik yeni ad fikriləşməli olub. Bu zaman Ədliyyə Nazirliyində qeydiyyatdan keçən 525-ci qəzet olduqlarını öyrənəndə redaktorlar “525-ci qəzet” adını götürməyə qərar veriblər.

1996-ci ilə kimi həftəlik nəşr olunan qəzet, 1996-98-ci illərdə həftədə 3 dəfə çap olunub. 1998-ci ildən isə gündəlik nəşr olunub. Qəzetin ilk redaktoru isə Yusif Rzayevdir. O, hazırda “525”də baş redaktorun birinci müavinidir.

Yusif Rzayevdən sonra qəzetə Səbuhi Məmmədli və Yaşar Əliyev redaktorluq ediblər. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 1995-ci ildən qəzetə rəhbərlik edir.

Qəzetin informasiya, siyasət, iqtisadiyyat, mədəniyyət və idman şöbələri fəaliyyət göstərir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button