Media

Əvəz Zeynallının həyat yoldaşı etiraz aksiyası keçirəcək

Tanınmış jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həyat yoldaşı bu gün Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirəcək. JAMAZ.İNFO xəbər verir ki, Məlahət Qisuri Zeynallı özünün Facebook hesabında yazıb ki, aksiya bu gün saat n11:00-da başlayacaq.

O qeyd edib ki, etiraza səbəb həyat yoldaşının əsassız yerə həbs olunması, Əvəz Zeynallı  ilə görüşə və telefon danışıqlarına qadağa qoyulmasıdır. “Bütün sivil yolların sonunda Əvəz Zeynallı  ilə görüşümüzə və telefon danışıqlarına qoyulan qadağaya etiraz əlaməti olaraq Baş Prokurorluğun İstintaq idarəsinin qarşısında aksiya keçirmək qərarına gəldim. Bu ölkədə qanunlar deyil, özbaşınalıqlar alidir. Biz də öz haqqımızı tələb etməyi bacarmalıyıq. 24 yanvar 2023-cü il, saat 11:00-da Baş Prokurorluğun İstintaq idarəsinin qarşısında olacam. Dəstəyə açıq, bəhanələrə qapalıyam”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button