ManşetSosial

Zaur Mikayılovun qəbulunda qalmaqal: Şəhid anaları saatlarla yağışın altında saxlanılıb- VİDEO

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun 16 avqust 2024-cü il tarixdə Göyçay rayonunda keçirdiyi qəbulda qalmaqal yaşanıb. JAMAZ.İNFO xəbər verir ki, buna səbəb adları qəbul siyahısında olan vətəndaşların ərazidən çıxarılması və qovulması olub.

Göyçay rayonu, Çaylı kəndinin sakinləri Elman Mirzəliyev və Rahim Feyzullayev redaksiyamıza bildirib ki, onlar öncədən qəbula yazılsalar da, görüşə buraxılmayıblar. “Biz hələ 15 gün əvvəl qəbula yazılmışdıq. Şikayətimiz isə Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Orxan Mahmudovun qanunsuz fəaliyyəti ilə bağlı olduğundan, onun müdaxiləsi ilə bizi qəbula buraxmadılar”.

Sözügedən şəxslər qeyd ediblər ki, həmin gün yağışlı hava olduğundan qəbula gələnlərin böyük qismi də Mikayılovla görüşmək imkanından məhrum olublar. “İnsanlar yağışın altında gözləyə bilməyib, getdilər. Halbuki görüş üçün Suvarma Sistemləri İdarəsinin böyük akt zalı nəzərdə tutulmuşdu. Lakin göstərişə əsasən akt zalının qapılarını bağlayaraq, insanların yağışdan ora sığınmasına imkan vermədilər”.

Elman Mirzəliyev və Rahim Feyzullayev JAMAZ.İNFO-ya göndərdikləri şikayət məktubunda deyirlər ki, bu özbaşınalıqları edən, Orxan Mahmudova bir başa yardımçı olan isə Dövlət Su Ehtiyatları Agentliyinin Bakıdan gələn Dilqəm Şükürov adlı əməkdaş olub. “Hətta qəbul günü növbədən kənar qəbul olunması nəzərdə tutulan Şəhid anaları belə saatlarla gözləməli oldular”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button