ManşetSiyasət

Zatulin: “Ermənistan Qarabağın “müstəqilliyi”ni çoxdan tanımalı idi”

“Laçın dəhlizinin bir qrup ekoloq tərəfindən bağlanılması Azərbaycanın öz maraqlarını təmin etmək üçün səhnələşdirilmiş prosesdir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri  Konstantin Zatulin “Haykakan Jamanak” qəzetinə açıqlamasında deyib.

Zatulin deyib ki, Azərbaycan birtərəfli imtiyazlara nail olmaq üçün Qarabağa və Ermənistana təzyiq edir. “Sizə bir sirr deyim. İyun ayında mən Qarabağda oldum və Ermənistanı Qarabağa birləşdirən yeni avtomobil yolunun tikintisini gördüm. Bu da əslində Laçından keçən yolu əvəz etməlidir. Bildiyimə görə, bu yol çox daha mürəkkəbdir və onun işləməsi ilə bağlı hər şey heç də normal deyil. Bəlkə də yanılıram, amma şahidi oldum. Azərbaycanın səbri tükənir və tezliklə bütün Laçın magistralını, eləcə də Laçın rayonuna tam nəzarət etmək istəyir. Azərbaycanın etdiyi kobud özbaşınalıqdır və ümid edirəm ki, Rusiya sülhməramlıları vəziyyəti düzəldəcəklər”.

Rus deputat daha sonra qeyd edib ki, Rusiya sülhməramlıları məsələni atışmalara və silahlı münaqişəyə çevirmək istəmirlər. “Bu, arzuolunan deyil. Çünki bunun böyük mənfi nəticələri olacaq. Eyni zamanda, onlar öz prinsipial mövqelərini hansısa formada dəyişmirlər”.

Zatulinin sözlərinə görə, hələ başa çatmayan və yayılmaqda davam edən müharibə şəraitində heç bir razılaşma işə yaraya bilməz. “Əvvəldən aydın idi ki, Azərbaycan əlverişli məqamdan yararlanmaq üçün gücə arxalanıb. O cümlədən Rusiyanın Ukraynada məşğul olması, Türkiyənin dəstəyini alması fonunda. Həm də Ermənistan hakimiyyətinin bizə qarşı özünü, yumşaq desək, “müxtəlif üsullarla” göstərməsi də faktdır. Məsələn, KTMT-nin İrəvandakı sonuncu sammitinin nəticələrini və Ermənistan nümayəndə heyətinin özünü necə apardığını nəzərə alsaq hər şey aydın görünər. Ermənistan hökuməti bizimlə oyun oynayır. Əgər bizimlə oyun oynasan, birtəhər sağ qala bilərlər. Lakin onlar Qarabağın erməni əhalisi ilə oynayırlar. Gedişatdan belə məlum olur ki, Ermənistan Qarabağda ermənilərin mövcudluğunun Azərbaycanın daxili işi olması ilə razılaşıb”.

Rusiya Dövlət Dumasının üzvü Erməınistana “təklif” də verib. “Ermənistanın Qarabağın müstəqilliyini tanıması prosesini çoxdan etməli idi. Təbii ki, indi edilərsə, bu, Azərbaycan tərəfindən yeni addımların atılmasına səbəb olacaq. Əgər Ermənistan hazırdırsa, Azərbaycanla üzləşməyə gücü varsa, buyursun, addımını atsın. Yox, pafos xatirinə, yekunda Qarabağın itirilməsinə gətirib çıxaran “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını yenidən təkrar edəcəksə, onda çəkinmək lazımdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button