ManşetSosial

Zakjir Fərəcov keçmiş “kassir”inə vəzifə verdi

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki “Sumqayıt Nəqliyyat” MMC-nin baş direktoru Rauf Hüseynov işdən çıxarılıb. JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əmr imzalayıb.

Fərəcovun digər əmri ilə Fikrət Orucov “Sumqayıt Nəqliyyat”ın yeni baş direktoru təyin olunub.

Qeyd edək ki, “Sumqayıt Nəqliyyat” MMC başıbəlalı yerdir. JAMAZ.İNFO xəbər verir ki, 2020-ci ilin yanvarına qədər bu posta Zakir Fərəcovun qohumu rəhbərlik edib. Belə ki, Xannı Rüstəmovun sözügedən icra başçısının bacısının həyat yoladşı olduğu deyilir. Yerli medianın yazdıqlarından belə məlum olur ki, X.Rüstəmov işdən ölkədən külli miqdarda pul qaçırdığına görə, işdən çıxarılıbmış. Hətta bəzi mənbələr bu məbləğin 5 milyon manat olduğunu iddia edirdilər.

Bəs, Zakir Fərəcovun “Sumqayıt Nəqliyyat” MMC-yə rəhbər təyin etdiyi Fikrət Orucov kimdir? JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, F.Orucov uzun müddətdir Abşeron rayon İcra Hakimiyyətində çalışıb. O, Xırdalan şəhər İcra Nümayəndəsinin başçısı olub. Adı bir çox qalmaqallara qarışan Orucovun, şəhər camaatı ilə münasibətləri də pis olub. Ondan dəfələrlər edilən şikayətlərə isə məhəl qoyulmayıb.

Bəzi iddialara görə, Zakir Fərəcov Abşeron icra başçısı vəızifəsindən getdikdən sonra da Orucov onun rayondakı “gözü-qulağı” olub. Həmçinin MMC-nin yeni rəhbərinin Sumqayıt “meri”nin “kassiri” olduğuna dair iddialar da var. Elə bu səbəbdən də Fərəcov onu yanına gətirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button