CəmiyyətManşet

Yoxa çıxan yod nə üçün baha qiymətə satılır?

Yodun ölkənin apteklərindən yoxa çıxması problemi hələ də yaşanmaqdadır. Mövzu ilə bağlı sorğu keçirtdik. Bəzi aptek işçiləri ümumiyyətlə yodun gətirilmədiyini qeyd etsələr də bəziləri 40 qəpiklik yodu 1.20-1.40 azn-ə təklif etdilər.

Bununla bağlı Jamaz.info-ya açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla, bunun əsas səbəbini Rusiya –Ukrayna müharibəsi zamanı, Rusiyanın  nüvə silahından istifadə edəcəyi təqdirdə insanların yarana biləcək şüalanmadan özlərini yodun vasitəsilə qoruyacağı ehtimalı ilə əlaqələndirdi:

“Vətəndaşlar yodun, radioaktiv ionlaşdırıcı şüalanmadan qoruduğunu zənn edirlər və beləliklə kütləvi şəkildə almağa başladılar. Nəzərdə tutdular ki, Ukraynada nüvə silahı partlayacaq və o zaman bundan istifadə edəcəklər amma bu tamamilə yanlış mövqedir. Yodun elə bir təsiri yoxdur”.

A.Qeybulla həmçinin bunun üçün xüsusi maddələrin mövcudluğunu diqqətə çatdırdı:

“Belə maddələr var və hər bir şəxsə belə bir hadisənin baş verəcəyi halda şəxsi mühafizə çantaları paylanılır və həmin maddələrin istifadəsinə dair təlimatlar da onun içəsirisində olur”.

Əczaçılar, yodun baha qiymətə satılmasını çox az sayda gətirilməsi ilə əlaqələndirirlər:

“Hər gələn bizdən yod istəyir, təəssüf ki, yod əvvəlki kimi bol deyil. Ya ümumiyyətlə gəlmir, az sayda gəldiyi zaman da məcbur şəkildə baha qiymətə təklif edirik. Qiymətindən asılı olmayaraq isə tələbat çoxdur”.

Müəllif: Şəhanə Quliyeva

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button