GündəmManşet

Yeni Laçın yolu nə zaman istifadəyə veriləcək?

Laçın yolu ətrafında müzakirələr davam edir. Azərbaycan tərəfi yolun inşasının başa çatdığını, yalnız bir ötürücü körpünün inşasından sonra magistralın açılacağını bəyan edib. JAMAZ.İNFO xəbər verir ki, 10 noyabr 2020-ci il razılaşmasına əsasən alterntiv Laçın yolu istifadəyə verildikdən sonra ermənilər ərazini tərk etməli,Laçın şəhər və daha 7 kənd və qəsəbə Azərbaycanın nəzarətinə keçməlidir.

Qeyd edək ki, bununla bağlı gələn xəbərlərdə Laçın yolunun iyulun 1-də açılacağı deyilir. Hətta erməni mənbələri Prezident İlham Əliyevin məhz həmin gün Laçına gələrək, şəhər mərkəzində Bayraqqaldırma mərasimində iştirak edəcəyini iddia edirlər. Lakin bu inandırıcı deyil. Ən azından ona görə ki, Prezident son həftənin bazar günü Laçın və Kəlbəcərdə səfərdə olub, bir sıra açılışlar edib. İkincisi, indiyə qədər işğaldan azad edilmiş rayon və şəhərlərimizdə Bayraqqaldırma mərasimlərini hərbçilər həyata keçiriblər. Təhlükəsizlik tam təmin edildikdən sonra isə dövlət başçısı həmin ərazilərə baş çəkib.

Erməni jurnalist Nairi Hokhikyan isə başqa bir iddia ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, revanşistlərin əsas ruporlarından biri olan Nairi hələ bir müddət əvvəl bildirmişdi ki, Laçın şəhərini boşaltmamaq üçün müqavimət dəstələri yaratmaq fikrindədir. O, həmçinin demişdi ki, Azərbaycan Ordusunun şəhərə daxil olmasına imkan verməyəcəklər.

Bu gün isə Hokihikyan başqa bir iddia ilə çıxış edib. “İlham Əliyev söz verib ki, yeni yolun təhvil verilməsindən sonra Laçın vasitəsi ilə ermənilər Ermənistan və Qarabağ arasında təhlükəsiz istifadə edə biləcəklər. Lakin bu bizim üçün məqbul deyil. Hesab edirəmki, yeni Laçın yolu da Gorus-Qafan yolunun aqibəti ilə üzləşəcək. Orada da Azərbaycan gömrüyü quraşdırlacaq”.

Erməni jurnalist deyib ki, indiki mərhələdə Ermənistan bəzi addımlar atmalıdır. Onun sözlərinə görə, rus sülhməramlıları Laçından çıxmamalıdır. “Yeni yolun tikintisi ilə eyni vaxtda Ermənistandan Qarabağa gedən qaz, elektrik, telefon və internet xətləri alternativ dəhliz boyu çəkilməlidir. Yalnız bundan sonra Laçın şəhərinin boşaldılması barədə danışıqlar aparıla bilər”.

P.S. Maraqlıdır ki, ermənilər hələ də reallıqları anlamırlar. Hələ də başa düşmürlər ki, onlar şərtlə danışa bilməzlər. Həmçinin bu gün onların nə deməsindən asılı olmayaraq, Azərbaycan öz bildiyi şəkildə, planlı formada ərazi bütövlüyünü təmir edir və edəcək. Tezliklə Xankəndidə də Azərbaycan Bayrağı dalğalanacaq.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button