ManşetSosial

Yasamalın 4 deputatı Şəhid məzarları məsələsində niyə susur?

Vətən müharibəsinin Bakının Yasamal rayonundan olan şəhidlərinin Qaradağdakı bir bataqlıqda dəfn olunması cəmiyyətdə qəzəb doğurub.
Şəhidlərin çöllük-biyabanlıqda, qəbirlərin su damdığı yerdə torpağa tapşırılması həm ailələri tərəfindən etirazla qarşılanıb, həm xalq tərəfindən hörmətsizlik kimi qiymətləndirilib. JAMAZ.İNFO Reportyor.info-ya istinadən xəbər verir ki, ailələri onların nəşinin şəhərin II Fəxri Xiyabana köçürülməsini tələb etsə də, yekunda həmin qəbiristanlığın memorual kompleksə çevrilməsi qərarına gəlinib.

Şəhid ailələri qeyd ediblər ki, məzarlıq əvvəllər bataqlıq sahə olduğu üçün qəbirləri su basır.

Bu məsələ ətrafında bir neçə gündür ki, qalmaqal, müzakirələr davam etsə də, Yasamal rayonundan olan deputatların səsi də çıxmır.
Ağcabədinin deputatı Aqil Abbas belə şəhidlərə qarşı hörmətsizliyə səsini qaldırıb, amma Yasamalın deputatları şəhidlər haqda susurlar.

Rayonun hazırda 4 deputatı millət vəkili mandatı üzərində daşıyır. Amma onların bu hadisəyə görə tükü də tərpənməyib.
Görəsən şəhidlərə qarşı bu laqeydlik haradandır? Bəlkə mandatı onlara verənlərdən qorxurlar? Əgər deputat şəhidə olan haqsızlığa belə göz yumursa, onun parlamentdəki fəaliyyəti nədən ibarətdir?
Bildirək ki, Yasamalın deputatları – Erkin Qədirli, Elnur Allahverdiyev, Ülvi Quliyev və Səbinə Xasayevadır.
Lakin hər 4 parlament üzvü Yasamal şəhidlərinin Qaradağdakı bir bataqlıqda dəfn olunmasına münasibət bildirməyiblər.
Şəhidlərdən birinin qəbrini su basıb, ailəsi üsyana qalxıb, amma deputatlardan heç biri nə həmin məzarlığa, nə onların evinə baş çəkib.

Elnur Allahverdiyevin başı “Kontakte home” mağazalar şəbəkəsi ilə “qaz vurub, qazan doldurur”, Erkin Qədirli Avropa Şurasında moizə ilə çıxış edir, onun partiyasından Natiq Cəfərlini “udan” Səbinə Xasayevanı isə deputat kimi Yasamalda tanıyan belə yoxdur.
Bələdiyyə üzvü olan xanımı “sehirli əllər” deputat təyin etdi və indiyə qədər səsini eşidən olmayıb. Üstəlik, 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən deputatdır.
O, Qaradağda dəfn edilən Yasamal şəhidləri üçün daha çox fəal olmalıydı. E.Allahverdiyev  dediyimiz kimi, biznesmen olaraq daha yaxşı tanınırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button