ManşetSiyasət

YAP-ın Qurultayında nələr baş verə bilər?

Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) özünün V Qurultayını keçirir. JAMAZ.İNFO xəbər verir ki, qurultaya Prezident İlham Əliyev videokonfrans formatında qatılıb.

Tədbirə YAP-ın “köhnə heyəti” tam tərkibdə qatılıblar. Ramiz Mehdiyev, Vasif Talıbov və digərləri qurultayda iştirak edirlər.

Qeyd edək ki, hakim partiyanın gözlənilmədən qurultay keçirməsi bir çox müzakirələrə səbəb olub və suallar yaradıb. YAP-ın qurultayında nələrin baş verəcəyi gün ərzində məlum olacaq. Lakin proseslərin gedişatı göstərir ki, partiyada əsaslı dəyişikliyin olması şübhəsizdir. Xüsusən də hakim partiya Ramiz Mehdiyev və onun yaxınlarından xilas olmağa çalışır. Düzdür, onların partiyadan çıxarılacağı gözlənilmir. Lakin İdarə Heyətindən uzaqlaşdırılacaqları istisna deyil.

Bundan başqa, müzakirə mövzularından biri də YAP-ın sədrinin dəyişə biləcəyidir. Belə bir ehtimal mövcuddur ki, hazırkı sədr, Prezident İlham Əliyev YAP rəhbərliyindən istefa verəcək. Onu isə böyük ehtimalla Birinci Vitse-Prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əlyevanın əvəzləyəcəyi gözlənilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button