İqtisadiyyatManşet

Xudayar Rəhimovun şirkəti iki rayonda milyonluq yol çəkəcək

Astara rayon İcra Hakimiyyəti dünən növbəti tenderinin nəticələrini açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, İcra Hakimiyyəti bu dəfə qalmaqallarda adı hallanan “Elnur-2” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Məlumatda deyilir ki, rayonda yolların əsaslı təmiri üçün sözügedən şirkətə 517.483,93 manat pul ödəniləcək.

Maraqlıdır ki, Cəlilabad İcra Hakimiyyəti də eyni gündə Cəlilabad şəhərində yolların əsaslı təmiri məqsədi ilə “Elnur-2” MMC ilə saziş imzalayıb. 419.674,79 manatlıq satınalma müqaviləsinə əsasən şirkət şəhərdə əsaslı işlər görməlidir. Hərçənd bir qədər əvvəl İcra Hakimiyyəti bu şirkətlə başqa bir satınalma müqaviləsi imzalamışd.

Qeyd edək ki, “Elnur-2” MMC Cənub bölgəsində İcra Hakimiyyətlərinin “sevimli şirkəti” sırasındadır. Buna qədər Astara İcra Hakimiyyəti həmin MMC ilə bir neçə dəfə müavilə də bağlayıb. Lakin bu şirkət vergidən yayınmadan tutmuş, qanunların tələblərini pozmağa qədər bir sıra işləri ilə məşhurdur. Bundan başqa, “Elnur-2” Müdafiə Nazirliyi tərəfindən də gördüyü keyfiyyətsiz işlərə görə, məhkəməyə verilib.

Xatırladaq ki, “Elnur-2” şirkəti Masallıdan olan iş adamı Xudayar Rəhimovra məxsusdur. Bu şəxsin niyə Cənub bölgəsində tenderlərin qalibi olmasının sirrini isə növbəti yazımızda qeyd edəcəyik. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button