ManşetÖlkə içi

Xocavənddə erməni təxribatçını vuran əsgərimizə cinayət işi açıldı

Xəbər verdiyimiz kimi, dünən Xocavənd rayonunun Çərktar kəndində yaşayan erməni Seyran Sarkisyan rayonun Qurusu deyilən məntəqəsi yaxınlığında yerləşən hərbi postumuza hücum edib. JAMAZ.İNFO Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, həmin şəxs əsgərimizə hücum edərək, onun silahını əlindən almaq istəyib.

Lakin onun bu cəhdinin qarşısı alınıb və zərəsizləşdirilib. Əsgərimiz özünü müdafiə məqsədi ilə atəş açaraq, təxribatçı ermənini öldürüb.

Rusiya mətbuat xəbər verir ki, hadisədən sonra əraziyə gələn rus sülhməramlıları araşdırma aparıblar. Məlum olub ki, erməni təxribatçını zərərsizləşdirən şəxs Azərbaycan Ordusunun əsgəri Davud Qabil oğlu Rəhimzadədir. Rus sülhməramlıları onunla söhbət edib, hadisə barədə danışıblar. Rəhimzadə bildirib ki, Seyran Sarkisyan ona hücum edərək, silahını əlindən almağa çalışıb. O da hərbi postu qoruduğunu və təxribatın qarşısını almaq üçün əvvəlcə xəbərdarlıq atəşi açıb. Lakin təxribatçı ona hücum edəndə onu vurmaq məcburiyyətində qalıb.

JAMAZ.İNFO yenə də rus mediasına istinadən xəbər verir ki, Qarabağda müvəqqəti yerləşmiş rus sülhməramlıları hadisənin araşdırılması məqsədi ilə Azərbaycan tərəfinə yazılı müraciət ediblər. Müraciətə əsasən Azərbaycan tərəfi Davud Rəhimzadə barəsində cinayət işi açıb və hazırda Füzuli Hərbi Prokurorluğunda bununla bağlı istintaq aparılır.

Bildirək ki, Azərbaycan tərəfi məsələ ilə bağlı hələ də heç bir rəsmi açıqlama verməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button