GündəmManşet

Xocavənddə bölmələrimizin arxasına keçən erməni saxlanıldı

Bu gün səhər saatlarında Xocavənd rayonunun Aşan kəndinin sakini olan M. Adlı erməni Azərbaycan Ordusunun nəzarət etdiyi mövqelərimizi keçərkən, saxlanılıb. JAMAZ.İNFO xəbər verir ki, 21 yaşlı həmin şəxsin hansı məqsədlə bölmələrimizin mövqelərini keçməsi araşdırılır.

Xankəndidəki separatçılar məsələdən xəbər tutduqdan sonra dərhal rus sülhməramlılarına xəbər veriblər. Onlar iddia ediblər ki, həmin şəxs azaraq, bölmələrimzin yerləşdiyi ərazinin arxasına keçib. Hazırda Xocavənd sakini olan erməninin geri qaytarılması üçün danışıqların aparıldığını bildirirlər.

Qeyd edək ki, həmin şəxsin diversnat və ya kəşfiyyatçı olub, olmadığı məlum deyil. Azərbaycan tərəfi məsələni araşdırdıqdan sonra qərar verəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button