GündəmManşet

Xankəndinin mərkəzi meydanında atışma: erməniləri panikada, şəhərə “polis” və “ordu” yeridilib

Bu gün axşam saat 19:10 radələrində Xxankəndi şəhərinin mərkəzində yerləşən və ermənilərin “İntibah” adlandırdıqları meydanda atışma baş verib. JAMAZ.İNFO 1or.am sayına istinadən xəbər verir ki, atışmanın kimlər tərəfindən törədildiyi məlum deyil.

Qarabağdakı separatçıların nümayəndələri bildiriblər ki, atışmanı bir neçə şəxs həyata keçirib. Naməlum şəxslər meydanda avtomat silahlardan atəş açaraq, qaçıblar. Hadisə nəticəsində ölən və yaralananın olub, olmadığı barədə məlumat verilmir. Məsələnin maksimum dərəcədə məxfi saxlanıldığı deyilir.

Gələn xəbərlərə görə, hadisədən dərhal sonra əraziyə separatçıların “milis” dəstələri və qondarma “müdafiə ordusu”nun “əsgərləri” gətirilib. Onlar meydanı mühasirəyə alaraq, heç kimi buraxmırlar. Bundan başqa, Xankəndinin bütün giriş və çıxışları da bağlanıb.

Şəhərdə panika yaşanır. Xankəndidəki ermənilər qorxu içində olduqlarını bildirirlər. Şəhərdə yayılan şayələrə görə, guya, Azərbaycan Ordusu Xankəndi şəhərinə daxil olub.
P.S. 44 günlük müharibə ermənilərə necə od qoyubsa, iki banditin bir-birinə güllə atmasını da Azərbaycan Əsgərinin etdiyini düşünürlər. Elə zənn edirlər ki, Azərbaycan Ordusu bu gün-sabah Xankəndinə daxil olacaq. Əəslində, bu məslədə yanılmırlar. Çünki tezliklə Əsgərimiz Xankəndinə də daxil olub, orada Azərbaycan Bbayrağını ucaldacaq. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button