GündəmManşet

Xankəndidəki separatçılar qorxu içində – “Şəhərdə naməlum adamlar çəkilişlər aparır”

Xankəndidə mənzillənmiş erməni separatçıları isterikaya düşüblər. JAMAZ.İNFO xəbər verir ki, buna səbəb son bir neçə gündə şəhərdə naməlum adamların gizli şəkildə çəkilişlər aparmasıdır.  

Qondarma rejimin “polisi” bununla bağlı məlumat yayaraq bildirib ki, onlarda naməlum şəxslərin şəhərdə çəkiliş aparması barədə məluma olsa da, həmin şəxslərin kimliyini müəyyənləşdirə bilməyiblər. Ona görə də, Xankəndidə yaşayan ermənilərə müraciət ediblər ki, həmin şəxsləri gördükdə və ya bu barədə məlumat aldıqda “polis”ə müraciət etsinlər.

İşin ən qəribə tərəfi odur ki, separatçılar bu işin Azərbaycan xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyini iddia edirlər. Onlar hesab edirlər ki, Azərbaycan kəşfiyyatı Xankəndidə çəkilişlər apararaq, iki əsas məqsədə çatmağa çalışırlar. “Birincisi, Xankəndidəki gizli obyektlərin yerini müəyyən etməkdir. Digəri isə Qarabağdakı ermənilərə göstərmək istəyirlər ki, istənilən vaxt Xankəndi və digər şəhərlərə girə bilərlər ki, burada da məqsəd əhalidə qorxu yaratmaqdır”.

Qeyd edək ki, bunlar qorxu və isterikanın əlamətlərindən biridir. Hazırda Qarabağda yaşayan separatçılar o dərəcədə isterika içindədirlər ki, Azərbaycan Ordusunun hər an şəhərə daxil ola biləcəyini dilə gətirirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button