ManşetÖlkə içi

Xankəndidə Yanacaqdoldurma Məntəqəsi partladı: erməni tərəfi ölən olmadığını bildirir

Bu gün axşam saatlarında Xankəndi şəhəri yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib. JAMAZ.İNFO xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananların olduğu deyilsə də, nə separatçılar, nə də onlara bağlı media bu barədə məlumatları təsdiq etmir.

“Hraparak” ın məlumatına görə, hadisə zamanı ərazidə çoxlu sayda avtomobil olub. Onlar Şuşanın Malıbəyli kəndində məskunlaşmış ermənilər olublar. Qəzet bildirir ki, hadisə zamanı yaralananlar olması barədə xəbər olsa da, ölənlərin olması faktı təsdiqlənmir.

Qarabağdakı separatçıların nümayəndələri də bildiriblər ki, hadisədən ölən olmayıb.

Amma istər Qarabağdakı separatçılar, istərsə də erməni mediası maksimum dərəcədə hadisənin təxribat olduğunu “isbat” etməyə çalışırlar. Belə ki, onlar davamlı olaraq iddia edirlər ki, guya, hadisə Azərbaycan tərəfindən məqsədli şəkildə törədilib.

JAMAZ.İNFO bildirir ki, Azərbaycan Ermənistan və Qarabağdakı xunta rejimindən fərqli olaraq, terrorçu deyil. Əksinə, Azərbaycan ermənilərə onlardan fərqli olaraq, tolerant yanaşır, inasanpərvərlik nümayiş etdirir. Belə məlumatların yayılması isə ona dəlalət edir ki, ermənilər özləri bu təxribatın içindədirlər və dünyaya da onu Azərbaycanın “törətməsi” kimi sırımağa çalışırlar.

Bu əsnada onu da bildirək ki, Qarabağdakı mülki ermənilərdən canlı qalxan kimi istifadə edən separatçılardır. Elə bu hadisədə də onların əlinin olduğu şübhə yoxdur. Çünki ermənilərin Qarabağdan getməməsini istəyən onlardır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button