AraşdırmaManşet

Xankəndidə aksiyada parçalanma: bir qrup erməni meydandan ayrılıb: “Bakının təklifi qəbul edilməlidir”

Ötən gün xəbər vermişdik ki, Qarabağda separatçılar arasında fikir ayrılığı yaranmaqla yanaşı, həm də ikitirəlik pik həddə çatıb. JAMAZ.İNFO xəbər verir ki, bölgədə “partiya” yaratmış bir neçə separatçı Arayik Harutyunyanın Xankəndidə etiraz aksiyası təyin etməsini başa düşmədiklərini və bunun yanlış olduğunu bildiriblər.

Qeyd edək ki, bu hadisəlrə fonunda Rusiyanın kuklası olan Ruben Vardanyanın tərəfdarları isə Ağdam-Xankəndi yolunun üzərində beton barrikadalar qurublar. Onlar bu addımı Azərbaycanın Qarabağ ermənilərinə ərzaq və digər zəruri mallar göndərmək təşəbbüsünə qarşılıq olaraq atdıqlarını deyiblər.

Lakin Qarabağda Azərbaycanın Ağdam üzərindən Xankəndinə ərzaq göndərmək təklifi separatçılar arasından ikinci parçalanmaya gətirib çıxarıb. JAMAZ.İNFO “Hraparak”a istinadən xəbər verir ki, qondarma “Vahid Vətən” partiyasının sədri Samvel Babayan bildirib ki, Azərbaycanın təklifini rədd etmək, ağılsızlıqdır.

O qeyd edib ki, Qarabağ ermənilərinin ərzaqla təmin edilməsi üçün Bakının təklifi mütləq qəbul edilməlidir. “Biz deyirik ki, əhali aclıqdan ölməməlidir. Onlar ümidsizlikdə batmamalıdırlar. Həmçinin hədəfimiz ermənilərin Qarabağı tərk etməməsidir. Belə durumda Qarabağın Azərbaycana inteqrasiyası daha az təhlükəlidir. Ona görə də, Bakının Ağdam üzərindən Xankəndinə ərzaq göndərməsinin qarşısı alınmamalıdır. Əksinə, buna razılaşmaq lazımdır”.

Bildirək ki, bu fikir artıq Qarabağ erməniləri arasında geniş yayılmağa başlayıb. Hətta dünən aksiyada iştirak edən bir qrup erməni meydanı tərk ediblər. Onlar Harutyunyan və digərlərinin oyunlarında iştirakçı olmaq istmədiklərini deyiblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button