ManşetÖlkə içi

Xəzərdə 6 ədəd mina aşkarlandı

Xəzər dənizinin Azərbaycan sektorunda 6 gəmi minası aşkar edilib. Məlumatı Azərbaycan Müdafiə Nazirliyi (MN) yayıb.

Məlumatda qeyd edilir ki, “UMID BABEK OPERATING COMPANY” şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda apardığı ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində naməlum obyektlər aşkar edilib.

Məlumata görə, dənizin həmin akvatoriyası SSRİ dönəmində poliqon kimi istifadə olunub, aşkarlanan obyektlərin isə həmin vaxt standartlara əməl edilmədən suya atılmış 6 böyük gəmi minası (КБ-1) olduğu müəyyən edilib: “Aşkarlanmış minaların mayın 9-dan etibarən hava şəraitindən asılı olaraq təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilməsi və axtarış tədbirlərinin davam etdirilməsi planlaşdırılıb”.

Minaların aşkarlandığı ərazinin təhlükəsizlik məqsədi ilə gəmi sürücülüyü üçün müvəqqəti bağlandığı vurğulanır: “Xəzər dənizinin Azərbaycan sektorunda mülki təyinatlı işlər adi qaydada davam etdirilir”.

Xəzərin hövzəsi Azərbaycandan başqa Rusiya, Qazaxıstan, Türkmənistan və İranın payına düşür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button