AraşdırmaManşet

Vitali Tretyakov: “Qafqaza ikinci bir gücün daxil olması müharibəyə gətirib çıxaracaq” – AUDİO

“Qarabağ ətrafında yaşanan münaqişə hələ də həllini tapmayıb. Münaqişənin keçən il müharibəyə səbəb olması göstərir ki, problemin dinc yolla həlli mümkün olmayıb”. JAMAZ.İNFO xəbər verir ki, bunu rus politoloq Vitali Tretyakov deyib.

Onun sözlərinə görə, Rusiya hazırda bölgədə yeni döyüş əməliyyatlarının başlanmasında maraqlı deyi. Tretyakov hesab edir ki, digər tərəfdən davamlı gərginlik də bir çox narahatlıqlara səbəb olur. “Təbii ki, Rusiya münaqişənin dondurulması, danışıqların başlaması və kompromisin əldə edilməsi üçün çalışır. Digər tərəfdən, aydındır ki, Cənubi Qafqazda yeni geosiyasi mübarizə alovlanmağa başlayıb. Gələcəkdə isə bu qarşıdurma faktiki Rusiyanın ərazisi olan Şimali Qafqaza da yayıla bilər”.

Rus politoloq hesab edir ki, Cənubi Qafqazdakı yeni hipotetik qarşıdurma üçüncü ölkələrin prosesdə iştirakına səbəb olacaq. “Bu isə Rusiyanın maraqlarına cavab vermir”.

Tretyakovun nəzərincə, Qafqaz ərazisinə mütləq bir geosiyasi mərkəz nəzarət etməlidir. “Buraya ikinci bir gücün müdaxilə etməsi və ya qarışması müharibəyə gətirib çıxaracaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button