AraşdırmaManşet

Vasif Talıbovun Batumidəki hoteli satışa çıxarılıb: 56 milyon dollar

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Gürcüstanın Batumi şəhərindəki hoteli satışa çıxarılıb. JAMAZ.İNFO xəbər verir ki, alqı-satqı üçün elan Gürcüstan saytlarından birində yayımlanıb.

Bildirək ki, “Divan Suites Batumi” hoteli 2014-cü ildə inşa edilib. Hotel Talıbovlar ailəsinə məxsus “Gəmiqaya Holdinq”in tərkibindədir və 5 ulduz sretifikatına malikdir.

Onu da bildirək ki, hotelin açılışında Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Arçil Xabadze, Acarıstan Muxtar Respublikası Ali Məclisinin sədri Aftandil Beridze, “Gəmiqaya Holdinq”in rəhbəri Rza Talıbov iştirak ediblər.

“Divan Suites Batumi” Gürcüstanın ən pristijli hotellərindən biri hesab olunur. Məlumat üçün qiymətlərinə görə, Batumi üçün orta səviyyəli hesab olunan hotelin standart otaqlarının bir gecəlik qiyməti 145 dollardır. Bundan başqa, hoteldə 5 “kral otaqları” da var. “Kral otaqları”nın günlük qiyməti 300 dollara yaxındır.

Satış elanında “Divan Suites Batumi”nin qiyməti 56 milyon dollar qeyd olunub. Müşahidəçilərin fikrincə, bu hotelin real qiymətini əks etdirmir. Onun dəyəri daha çoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button