ManşetÖlkə içi

Vartan Oskanyan: “Paşinyan işlətdiyi ifadələrlə Azərbaycana böyük bir şans verib, geri çəkilməyə isə yolu yoxdur”

“Mənim nazirliyim dövründə biz bir söz üzərində qurulmuş komplimental siyasət həyata keçirdik. Yəni, sözlər bir-birini tamamlayırdı, bu da öz müsbət nəticələrini verirdi. Demək istəyirəm ki, söz çox önəmlidir və yanlış söz müharibəyə, doğru söz sülhə töhfə verə bilər. Mənim Ermənistan-Azərbaycan danışıqlarında sıçrayış yaratmaq təklifim belə yanaşmalara əsaslanır, təklif etdiyim dəyişikliklər çox incə, lakin həm vasitəçilər, həm də opponentlər üçün başa düşüləndir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistanın sabiq xarici işlər naziri Vartan Oskanyan deyib.

O, Facebook hesabında yazdığı statusunda qeyd edib ki, bir neçə misal çəkəcək və orada qeyd olunan sözlərin isə Ermənistanın baş naziri Nikol Paşinyana məxsus olduğunu vurğulayıb. “Deyəcəklərim mənim deyil, Paşinyanındır. Paşinyan bu gün nə etməyə çalışır? O deyir: Mən Ermənistan Respublikasının ərazi bütövlüyünü və 29800 kv.km qalmasını təmin etmək müqabilində Qarabağı verməyə hazıram. Amma bunu da bacarmır, çünki başlanğıc nöqtəsi səhv olub, orada da səhv danışıb”.

Keçmiş nazir başqa bir misal da çəkib. “Paşinyan “tanıyıram” və “qəbul edirəm” ifadələrini o qədər kvalifikasiya edib ki, ikinci təfsir şansı buraxmayıb. Əgər o, “tanıyıram” yox, “tanımağa hazıram” desəydi, inanın ki, Ermənistan danışıqlarda daha yaxşı mövqedə və istədiyinə nail olardı. Nəticədə, Paşinyan arzuladığı sülh müqaviləsini imzalayardı. Ancaq səhv başladığı üçün bunu edə bilmir. Hələ danışıqlara getmədən, amma Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığınızı söyləməklə, rəqibinizə onun istədiyi ən böyük yaxşılığı etmisiz və ona bütün şansları tanımısız”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button