GündəmManşet

Vardanyanın müşaviri Qarabağdan qaçdı

Qarabağda hərəkat yaradan və Azərbaycanla müharibə həvəsində olan, üstəlik separatçılıqla məşğul olan Rusiyanın adamı Ruben Vardanyanın ən yaxın adamları Xankəndidən qaçmağa başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, artıq həmin yaxınlardan biri rusların köməyi ilə özünü İrəvana çatdıra bilib.

Ermənistanda nəşr olunan “Joqovurd” qəzetinin yaydığı məlumata görə, Ruben Vardanyanın müşaviri Arman Hakobcanyan ötən gün Qarabağı tərk edərək, qaçıb. Qəzet bununla bağlı Hakobcanyanın özü ilə də əlaqə saxlayıb. Sözügedən şəxs faktı təsdiqləyib. “Mən şərh vermək fikrində deyiləm. Çox adam İrəvanda olsa da, yol bağlandıqdan sonra oradan çıxa bilib. Bu, mənim təhlükəsizliyim məsələsidir”.

Lakin o, Qarabağdan necə və kimlərin köməyi ilə qaçdığı barədə danşımayıb. Şübhəsiz ki, onu Qarabağdan rus sülhməramlıları öz maşınlarında çıxarıblar.

Qeyd edək ki, Arman Hakopcanyan Qarabağda varlanan ermənilərdən biridir. O, Ruben Vardanyan vasitəsi ilə Xankəndi və ətraf şəhərlərdəki ərzaq və zəruri məhsulların tenderlərini udan adam hesab olunur. Rəsmi milyonçu kimi tanınan sözügedən şəxsin Qarabağdan qaçması isə orada yaşayan erməniləri də qorxuya salmağa başlayıb. Onlar deyirlər ki, Vardanyanın müşaviri əgər Qarabağdan qaçırsa, deməli, sıravi erməniləri qabağa verib, onların “başını yeməklə” istəklərinə çatmaq istəyirlər.

Bundan başqa, onun Qarabağdan qaçması digər erməilərin də Xankəndidən getmələri üçün stimul verib. “Joqovurd” yazır ki, dünəndən bəri Xankəndini tərk etmək istəyənlər yerli “admnistrasiya”nın qarşısına toplaşmağa başlayıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button