ManşetSiyasət

Vardanyanın “hava dəhlizi” istəyir: “Bakıdan asılı olmamağın yeganə yolu Xocalı aeroportunun işə salınmasıdır”

Məlum olduğu kimi,Şuşa-Xankəndi yolunda  Azərbaycanın bir qrup QHT və media nümayəndələrinin keçirdiyi aksiya nəticəsində Laçın dəhlizi bağlanıb. JAMAZ.İNFO Tribunainfo.az-a istinadən xəbər verir ki, dəhlizin bağlanmasından sonra Xankəndi və ətrafında ərzaq və yanacaq çatışmazlığı yaranıb.

Qarabağda özünü “dövlət naziri” kimi təqdim edən separatçıların nümayəndəsi Ruben Vardanyan bununla bağlı Rusiyanın “Kommersant” qəzetinə veridiyi açıqlamasında Qarabağda təcili humanitar hava dəhlizinin açılmasına ehtiyac olduğunu bildirib.

O iddia edib ki, separatçılar Qarabağda əhalini lazımi təchizatla təmin edəcək sistem qurmağa çalışırlar. “Hava limanı işlək vəziyyətdə olmalıdır. Bunun üçün beynəlxalq təşkilatların, bütün dövlətlərin təzyiqi olmalıdır ki, humanitar dəhliz olsun, humanitar yük daşıyan təyyarələr Xankəndi hava limanına enə bilsin. Azərbaycandan asılı olmamağın yeganə yolu budur. Humanitar təyyarələrin Qarabağa uçmasına imkan verəcək beynəlxalq müqavilə lazımdır. Bu kimi halların bir daha təkrarlanmaması üçün bizi icma olaraq burada saxlamaq vacib şərtdir. Hava limanı fəaliyyətə tam hazırdır”.

Qeyd edək ki, Vardanyanın dərdi hər hansı “dəhliz” deyil. Onun məqsədi Xocalı aeroportunun fəaliyyətini bərpa etmək və bununla da Qarabağdakı separatçı rejimə əlavə nəfəs verməkdir. Lakin Vardanyan unudur ki, Xocalı aeroportu beynəlxalq aviasiya qurumu tərəfindən qeyri-qanuni salınmış hava limanı kimi qəbul edilir və ora ediləcək uçuşları da qadağan edir.Digər tərəfdən, qondarma “dövlət naziri” bununla Qarabağda yaşayan erməniləri də “məzlum” və “əzabkeş” kimi təqdim etməyə çalışır.

Xatırladaq ki, Laçın dəhlizi Azərbaycan deyil, Qarabağda müvəqqəti yerləşmiş rus sülhməramlıları tərəfindən bağlanılıb. Həm aksiya iştirakçıları, həm də rəsmi Bakı Ermənistandan Qarabağa ərzaq və digər zəruri məhsulların daşınması üçün heç bir maneə törətmədiklərini bəyan ediblər. Bundan başqa, Azərbaycan XİN-i Qarabağda yaşaya ermənilərin bütün humanitar ehtiyaclarını qarşılamağa hazır olduğunu da diqqətə çatıdırb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button