GündəmManşet

Vardanyandan Paşinyana ittiham: “Əgər arvadın bunkerdən çıxsaydı…”

Qarabağdakı separatçıların nümayəndəsi, habelə Rusiyanın bölgədəki kuklası Ruben Vardanyan Ermənistanın baş naziri Nikol Paşinyanı ittiham edib. JAMAZ.İNFO xəbər verir ki, Vardanyan Facebookdakı statusunda Paşinyanı “arvadını bunkerdə gizlədən baş nazir” olaraq təqdim edib.

O deyib ki, Ermənistanın baş naziri mətbuat konfransı zamanı Qarabağı nə qədər bəyənmədiyini dilə gətirib. “Onun Qarabağda baş verənlərdən necə məyus və ya üzüldüyü barədə danışmağa haqqı yoxdur. İndiki vəziyyətdə bu vəziyyətdə bu qəbuledilməzdir”.

O iddia edib ki, Qarabağdakı ermənilər təhlükə altındadır. “Biz təhlükə altındayıq və əgər siz Ermənistanın baş nazirisinizsə, o da Qarabağa cavabdehdirsə, Qarabağda ermənilərin qalması üçün birlikdə mübarizə aparmaq üçün mümkün olan hər şeyi etməlisiniz. Demək olmaz: Qarabağı təhvil verək, çünki başqa variant yoxdur. Bunlar liderin sözləri deyil. Düz etmirsiniz, cənab baş nazir. Deyəndə ki, Xankəndidə adam yox idi, yalan danışmısız. Çünki Xankəndidə qadınlar da, kişilər də qalıb. Əgər arvadınız bunkerdən çıxsaydı, Xankəndidə nə qədər qadın qaldığından xəbəri olardı. Siz Qarabağa cavabdehsiz, bunu başqalarının boynuna atmayın”.

P.S. Qeyd edək ki, Azərbaycanın düşünülmüş və məqəsədyönlü addımları Qarabağdakı erməni separatçılarını çıxılmaz vəziyyətə salıb. Onlar “humanitar böhran” bəhanəsini ortaya atmaqla vəziyyətdən çıxmağa çalışsalar da, heç bir nəticə əldə edə bilmirlər. Ona görə də, haray-həşir salaraq, dünyanın diqqətini özlərinə çəkməyə çalışırlar. Lakin bu da nəticə vermir. İndi isə canlarını qurtarmaq üçün yol axtarırlar. Xüsusən də Meşəli kəndində 14 nəfəri qətlə yetirən Vaqif Xaçaturyanın həbs edilməsi kürklərinə birə salıb.

Rusiyanın kuklası Ruben Vardanyan da “biz təhlükə altındayıq” deməklə, əslində, Qarabağdakı erməniləri deyil, özünü və tərəfdarlarını diqqət mərkəzinə çəkib. Çünki o, vaxtında Qarabağı tərk etməsə Xaçaturyanın aqibətini yaşayacağını yaxşı bilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button