ManşetÖlkə içi

Vardanyandan müstəsna həyasızlıq: “Ölənlərimizi basdıra bilmirik”

Qarabağdakı separatçıların rəhbərlərindən biri olan Ruben Vardanyan sözün həqiqi mənasında özünü həyasızlığa qoyub. JAMAZ.İNFO xəbər verir ki, onun dünən erməni mediasına verdiyi açıqlamalar da təsdiq edir ki, Qarabağ ətrafında hər hansı blokadadan söhbət getmir, sadəcə olaraq, Vardanyanlar dünyaya bunu belə təqdim etmək üçün bütün sırtıqlıq və həyasızlıqlara baş vururlar.

Vardanyan deyib ki, Ermənistan onlara heç bir dəstək verə bilməyəcəyini çatıdırb. “Ermənistan hakimiyyəti öz mövqeyini bildirib və bu baxımdan maliyyə, hüquqi dəstək verir. Bundan artıq iş görə bilməyəcəklərini bildiriblər”.

Erməni milyarder qəribə bir iddia ilə yanaşı, həm də böyük bir yalan danışıb. O deyib ki, guya, hazırda Ermənistanda 400 min Qarabağ ermənisi yaşayır. “Ermənistanda 400 minə yaxın Qarabağ ermənisi yaşayır. Buna biganə olmadıqlarına əminlik ifadə etsə də, Ermənistandakı səfirliklər qarşısındakı aksiyalar onun qiymətləndirməsində marağın az olduğunu göstərir”.

Separatçıların nümayəndəsi bildirib ki, Rusiya sülhməramlılarının pis iş görməsinə dair tənqid və şayiələr heç nəyə gətirib çıxarmayacaq. “Çünki bununla biz ancaq Rusiya sülhməramlılarını geri çəkmək arzusunda olan Azərbaycana kömək edəcəyik. Biz bu arzunun gerçəkləşməsinə imkan verə bilmərik. Sülhməramlılar burada qalmalı və onilliklər boyu qalaraq regionda təhlükəsizliyi təmin etməlidirlər”.

Vardanyanın daha bir yalanı isə problemləri ilə bağlı olub. “Bizim yemək problemimiz var. Tibb, təhsil sahəsində problemlər var. Ailələrimiz ayrılıb. Ölənlərimiz var, təəssüf ki, onları dəfn edə bilmirik. Lakin buna baxmayaraq, biz Azərbaycanın heç bir şərtini qəbul etməyəcək, sona qədər mübarizə aparacağıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button