ManşetÖlkə içi

Vardanyan yenə ermənilərə nağıl danışıb: Azərbaycanla bağlı nə etmək istəyirlər?  

Qarabağda Rusiyanın maraqlarını həyata keçirən və davamlı olaraq Azərbaycana qarşı təxribatları ilə tanınan erməni milyarder Ruben Vardanyan yeni planlarından və Bakıya qarşı hansı addımlar atılmasından bəhs edib. JAMAZ.İNFO xəbər verir ki, separatçıların nümayəndəsi iddia edib ki, guya, Qarabağla yanaşı, Ermənistan da eyni “ontoloji təhlükə” ilə üz-üzədir.

O iddia edib ki, Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həll olunması ilə Ermənistanın sülh əldə edəcəyi barədə deyilənlər yanlışdır. “Azərbaycanın sübut edir ki, Qarabağı “işğal” etməklə kifayətlənməyəcək. Onların məqsədi daha da irəli getməkdir. Yəni, Ermənistanı götürməkdir”.

Bu sözlərindən sonra Vardanyan Qarabağ və orada yaşayan ermənilərin nə etməli olduqlarından bəhs edib. “Bizə Ermənistan, bütün ermənilər lazımdır ki, bizim mübarizəmizi, müqavimətimizi dəstəkləsinlər. Bizə bütün ermənilər lazımdır ki, Qarabağ məsələsini milli ləyaqət məsələsi kimi qəbul edib, həm də Ermənistanın təhlükəsizliyi və erməni dünyasının müdafiəsini qursunlar. Bizə lazımdır ki, Ermənistan hakimiyyəti Qarabağ ermənilərinin arxasıyca, bununla bağlı təhlükəli bəyanatlar verməsin”.

Rusiyanın kuklası daha sonra qeyd edib ki, onlara həm də prosesləri elə bir nöqtəyə çatdırmaq lazımdır ki, Azərbaycan ilk növbədə Laçın dəhlizini açmaq məcburiyyətində qalsın. “Ermənistanda, Qarabağda və diasporda biz birləşməyi və bir-birimizi dəstəkləməyi bacarmalıyıq. Şəbəkə ölkəsi olmağın üstünlüyünü və onun təsirini Azərbaycana hiss etdirək. Elə edək ki, Azərbaycan rəhbərliyi dünyada xor görsün”.

Vardanyan sonda nağıl da danışıb. Məsələn, o deyib ki, onlar bütün dünyaya “müstqəil və azad olmaq”, habelə Azərbaycanın tərkibində yaşamamaq üçün necə “mübarizə” apardıqlarını göstərəcəklər.

P.S. İstər Vardanyan, istər onun arxasında duranlar da yaxşı bilirlər ki, Qarabağ Azərbaycan torpağıdır və bu belə də qalacaq. Eyni zamanda, onların ağa babaları birləşsə belə, Azərbaycan Qarabağı heç kimə verməyəcək və oradakı ermənilər də ağıllarını başlarına yığıb ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da çıxıb getməlidirlər.

Ona görə də, sadə ermənilər Vardanyan kimi hiyləgər, tülkü və pul qazanmaq üçün yüz minlərlə insanın qanını tökməyə hazır olan birinin sözünə qulaq asmamalı, məntiqli düşünməli və yekun qərarlarını verməlidirlər: ya qalıb Azərbaycan vətəndaşlığı almalıdırlar. Ya da çıxıb getməlidirlər. Onlar üçün üçüncü yol yoxdur.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button