ManşetSiyasət

Vardanyan vəzifəsindən gedəcək, Qarabağdan isə yox: Onu Nersesyan əvəzləyəcək

Dünən Qarabağdakı separatçıların başçısı Arayik Harutyunyan qondarma “hərəkat”ın 35 illik “yubileyi” ilə bağlı müraciət yayaraq, bundan sonra da “mbarizə”yə davam edəcəklərini açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin müraciətində Harutyunyan fevralın 23-də daha geniş açıqlama ilə çıxış edəcəyinin də anonsunu verib.

O bildirib ki, 10 noyabr 2020-ci ildən sonra yaranmış vəziyyətlə əlaqədar Qarabağda yaşayan ermənilər arasında narazılıq və inamsızlıq mühiti hələ də davam edir. Onun sözlərinə görə, belə olan halda separatçılar da daxili sabitliyini və davamlı sülhünü təmin edilməsi istiqamətində əlavə addımlar atmağa məcburiyyətində qalıb.

“Hraparak” qəzetinin yaydığı xəbərdə isə deyilir ki, devralın 23-də Harutyunyan Ruben Vardanyanın “dövlət naziri” vəzifəsindən azad olunduğunu elan edəcək.

Qəzet yazır ki, Vardanyan bir müddət əvvəl istefa verməyəcəyini bildirdiyi üçün separatçıların rəhbəri onu “sərəncamla” vəzifəsindən kənarlaşdırılacağına qərar verilb. “Ancaq  bu münaqişəyə səbəb olmayacaq. Çünki ortada razılaşma var. Üstəlik, Vardanyan Qarabağda qalıb, müxtəlif problemlərin həllinə yardım etməyə də hazırlaşır”.

“Hraparak” iddia edir ki, Arayik Harutyunyan onun yerinə keçmiş “prokuror” Qurgen Nersisyanı gətirməyi planlaşdırır. Nersesyan isə SOROS fondu ilə yaxın əlaqələrə malik olan şəxs olaraq tanınır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button