AraşdırmaManşet

Vardanyan Qarabağda yeni hərəkat yaratdı: “Qarabağın Təhlükəsizlk və İnkişaf Cəbhəsi”

Rusiyanın adamı olan Ruben Vardanyanın Qarabağda yeni hərəkat yaradacağı barədə məlumat vermişdik. JAMAZ.İNFO xəbər verir ki, bu gün günorta saatlarında həmin “hərəkat”ın adı açıqlanıb.

Belə ki, “Qarabağın Təhlükəsizlik və İnkişaf Cəbhəsi” adlanan bu “ictimai təşkilat” əslində üzdə QHT kimi təqdim olunur. Ona qoşulanlar isə istefada olan zabit, Qarabağdakı qondarma “ordu”nin keçmiş komandir müavini Davit Manukyan, həkim Karen Bazyan, Zoya Sarkisyan və “Qarabağda etnik təmizləməyə yox” adlı qondarma təşkilatın rəhbəri Davit Bağıryandır.

Varrdanyan bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, indiyə qədər Qarabağla bağlı heç bir yol xəritəsi olmayıb. “Bir çox platformalardan eşidirik ki, qalıb mübarizə aparmalıyıq. Amma əslində heç bir yol xəritəsi, heç bir istinad görmürük. Biz başa düşmək istəyirik ki, o məqamlar həqiqətən var, dərc olunmur, yoxsa sadəcə mövcud deyil? Nə etməli olduğumuzun aydın planının olub-olmadığını anlamaq istəyirik”.

Rusiyanın kuklası qeyd edib ki, belə yol xəritələri kağız üzərində çoxdur. “Üzərində işləməli olduğumuz 77 bəndlik yol xəritəmçiz hazırdır. Orada hər şeyi qeyd etmişik. Bizdə hansı qüvvələr var, nə imkanlarımız var və bunu necə edəcəyik. Biz də dəqiqləşdirmişik ki, hansı çətinliklərimiz var. İndi əlimizdə elə bir sənəd var ki, orada hər şey yazılıb. Əslində, yol xəritəsi hələ icra mərhələsindədir”.

O iddia edib ki, Qarabağda yaşayan ermənilərin müqəddəratı öz əllərindədir. “İdeyasız hərəkatlar çox təhlükəlidir. Son məqsədin nə olduğunu başa düşmək çox vacibdir. İndi biz həm məqsəd, həm də ideya ətrafında birləşmişik. Biz hər şeyi etməyə, sona qədər getməyə hazırıq. Çünki bundan başqa yol yoxdur”.

P.S. Azərbaycanın bu məsələyə münasibəti necə olacaq? 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button