GündəmManşet

Vardanyan Qarabağa 50 milyon dollar sərmayə qoyacağını açıqladı

“Qarşımızda duran nəhəng iş maliyyə bazası tələb edir. İlkin mərhələdə ailəm Qarabağa 20 milyard dram (50 milyon dollardan bir qədər çox) sərmayə qoyacaq”. JAMAZ.İNFO xəbər verir ki, bunu Qarabağdakı separatçıların yeni nümayəndəsi, son zamanlar ciddi təxribatlarla məşğul olan və Kremlin kuklası Ruben Vardanyan deyib.

O bildirib ki, bununla kifayətlənməyəcəklər. Onun sözlərinə görə, Qarabağa biganə qalmayan və ona güvənən digərlərindən də 40 milyard dram (100 milyon dollardan bir qədər çox) toplamaq fikrindədirlər. “Həyata keçirdiyim və dəstəklədiyim 700-dən çox layihənin hamısı kollegial əsasda idi və Qarabağda bu təcrübə bizə hələ də lazımdır. Yatırılan və cəlb edilən pullar məqsədsiz xərclənməyəcək, fəaliyyətsizliyi təşviq etməyə yönəldilməyəcək. Həmin vəsait “Qarabağın Təhlükəsizlik və İnkişaf Cəbhəsi” ictimai hərəkatının proqramlarına dəstək üçün yönəldiləcək”.

Vardanyan qeyd edib ki, məqsədləri Qarabağı “azad və təhlükəsiz” görməkdir. “Hazırda 20-dən çox layihə icranın müxtəlif mərhələlərindədir. Amma belə layihələrin sayı yüzlərlə olacaq”.

P.S. Rusiyanın layihəsi olan Vardanyanın Qarabağda birinci cəhdi uğursuzluğa düçar oldu. Onu qondarma “dövlət naziri” postundan demək olar ki, qovdular. Bu cəhdinin də səmərə verəcəyi inandırıcı deyil. Çünki hazırda ermənilər özlərin aqibətlərinin necə olacağını bilmirlər. Qeyri-sabit bir bölgəyə isə heç bir ağıllı iş adamı sərmayə qoymaz.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button