GündəmManşet

Valentina Matviyenko: “Rus sülhməramlıları azərbaycanlı və erməni qaçqınların geri qayıtmasını təmin edir”

“Tərəflər Dağlıq Qarabağda kəskin bəyanatlar verməkdən çəkinməlidirlər. Belə hallar onsuz da kövrək olan sülhə zərər gətirir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko deyib.

O bildirib ki, hazırda əsas məsələ Qarabağ məsələsi ilə bağlı əldə olunmuş kövrək sülhün qorunmasıdır. “Bu təkcə, Ermənistan və Azərbaycana deyil, həm də Rusiya və region dövlətlərini lazımdır”.

Matviyenko daha sonra qeyd edib ki, Qarabağdakı rus sülhməramlıları təkcə, öz missiyalarını deyil, infrastrukturun yenidən qurulmasını, dağılmış evlərin bərpasını, şikayətlərin və müraciətlərin araşdırılmasını, HABELƏ HƏR İKİ TƏRƏFDƏN OLAN QAÇQINLARIN GERİ QAYTARILMASININ TƏHLÜKƏSİZLİYİNİ təmin edir

P.S. Çox güman ki, Matviyenko bu açıqlamanı verəndə ayıq başlı olmayıb. Çünki rus sülhməramlıları Qarabağa ancaq erməniləri daşımaqla məşğuldur. Oranın yerli sakinləri olan azərbaycanlıların isə Xankəndi, Ağdərə, Xocalı və Xocavəndə qayıtması prosesi heç başlamayıb. İndi bizə maraqlıdır ki, rus sülhməramlıları harda və nə vaxt azərbaycanlı qaçqınları Xocalıya, Xankəndinə, Xocavəndə, Ağdərəyə qayıtmasını təmin edib? 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button