ManşetÖlkə içi

USİAD-ın rəhbəri: “Ermənilərə Qarabağda kilsələrə və məzalara baş çəkmək üçün şərait yaradılmalıdır”

“ABŞ regionda sülh prosesini dəstəkləyir”. JAMAZ.İNFO xəbər verir ki, bunu USAİD rəhbəri Samanta Pauer deyib.

O, Ermənistanda keçirdiyi görüşlər zamanı bildirib ki, Qarabağdan könüllü köçmüş ermənilərin geri qayıtması prosesinə də dəstək verəcəklər. “Biz Qarabağdan olan ailələrin hüquqlarını təmin etməyə çağırırıq ki, onlar sağ-salamat öz evlərinə qayıda bilsinlər”.

Paur bununla da yetinməyib və deyib: “Bir çox ailələr kilsələrə, məbədlərə, qohumlarının məzarlarına baş çəkmək istəyirlər. Lakin indiyədək belə bir dönüş olmayıb. Bu istiqamətdə çağırışlar edəcək və iş aparacağıq”.

P.S. Pauerin bu açıqlaması qəribə deyil. Çünki Qərb həmişə ikibaşlı oyun oynayıb və yekunda ermənilərə qahmar çıxıb. Lakin bir məsələ var. Madam ABŞ qəbristanlıq və kilsələri bu qədər əziz və möhtərəm bilir, o zaman Qərbi Azərbaycandan olan soydaşlarımıza da analoji ziyarətlər etməsi üçün də çağırışlar etsin. Ona görə ki, Qərbi Azərbaycanda yüzələr kənd, onlarla şəhərimiz, məscidlərimiz, qəbristanlıqlarımız qalıb. Şübhəsiz ki, onların hamısı dağıdılıb. Amma yenə də olsun, şərait yaratsınlar bizimkilər də gedib əzizlərinin qəbirlərini ziyarət etsinlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button