ManşetSosial

“Uşaqlar dərslikləri görmək istəmirlər” – Pediatr tənqid etdi

Son zamanlar məktəbli formaları və dərs ilinin bitməsinin yay fəslinin isti günlərinə düşməsi mövzusu aktualdır.
Dərs ilinin son gününün 14 iyun olmasına baxmayaraq bir çox məktəblərdə artıq dərs kitabları təhvil verilib, şagirdlərin məktəbə gəlməsi axını isə tamamilə azalıb.
Bəs bunun şagirdlərə təsiri necədir?
Jamaz.info xəbər verir ki, tanınmış pediatr Vaqif Qarayev, bunun uşaqlara mənfi təsir etdiyini bildirib:
“Hər yay məktəbli formaları gündəmə gəlir….Vahid forma tapa bilmirik….Adam fikirləşir ki, niyə təhsilin özü yox, məktəblinin forması müzakirə olunmalıdır?
Bu il, tədris müddəti də müzakirə mövzusudur.. Baxın, kitablar yığışdırılıb, davamiyyət kəskin azalıb, amma məktəblər açıqdır”.
Uşaqlar yorulur, əsəbi olurlar, yuxuları pozulur. Dərslikləri görmək belə istəmirlər. Yuxarı sinif şagirdləri isə mart ayından buraxılış və qəbul imtahanı verirlər(?!)….Məktəb açıq da, bağlı da olsa onların işi repetitorladır…”
Həmçinin V.Qarayev, təhsilin önəmli olmasına baxmayaraq sağlamlıqdan ön plana keçməsinin düzgün olmadığını vurğulayıb:
“Yenə deyək, təhsil uşağın sağlamlığına ziyan verməməlidir”.
Şahanə Quliyeva

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button