İqtisadiyyatManşet

“Unibank”ın “sərfəli kredit” taktikası: 753 məhkəmə işinə səbəb nədir? – RƏY  

“Unibank”la kredit verdiyi müştəriləri arasında sözün həqiqi mənasında müharibə gedir. JAMAZ.İNFO xəbər verir ki, sözügedən bank verdiyi kreditləri geri ala bilmək üçün mütımadi olaraq məhkəməyə müraciət edir.

Elə bu səbəbdəndir ki, problemli kreditlər səviyyəsinə görə, “Unibank” birinci yerdə gedir. Üstəlik, son bir ildə bank 753 məhkəmə prosesinə cəlb edilib.

Qeyd edək ki, “Unibank”ın belə bir vəziyyətə düşməsinin əsas səbəbi budur ki, gözüymulu, “təki kredit verək” deyərək, məsələyə yanaşmasıdır. Bank kredit verdiyi şəxsi nə araşdırır, nə onun krediti ödəyə biləcəyini müəyyən etmir.

Təbii ki, burada maddi maraqlar da var. Həmin maraqlardan biri də budur ki, bank kredit verərəkən, müştəridən “kargüzarlıq xərcləri” adı ilə ümumi məbləğin 2 faizini bəribaşdan alır. Məsələn, siz 10 min manat kredit alırsızsa, onun 200 manatını banka verməli olursuz. Görünür, kimə gəldi kredit verərək, “kargüzarlıq xərci”, “komissiya haqqı” adları ilə pul qazanmaq bankın əsas qazanc yerlərindən bidirir.

Qeyd edək ki, hazırda ölkədə problemli kreditlərin həcmi 2 milyard manata yaxındır. Adətən bu vəziyyətin yaranmasında banklar müştərilərini ittiham edirlər. Lakin iqtisadçılar bildirirlər ki, məsələ bankların peşəkarlıq səviyyəsinin aşağı olması, düzgün iş qura bilməməsidir.

Ekspertlər bildirir ki, “Unibank”ın daha çox problemlə üzləşməsi də bu qeyri-peşəkar yanaşmanın nəticəsidir. Həmçinin onlar bankın vətəndaşın ehtiyacından sitifadə edərək, ona “sərfəli” şərtlərlə pul təklif edərək, borclanmasına şərait yaratmasıdır. “Əvvəlcə vətəndaşı “sərfəli şərt”lərlə şirnikləndirirlər. Sonra isə müştərinin qarşısına çətin dildə və uzun-uzadı sözlərdən ibarət müqavilə qoyulur. Vətəndaş da ya həmin müqaviləni oxumur, ya da qəliz dildə yazıldığı üçün hövsələsi çatmır oxumağa. Sonradan bank borclanmış, bir az da məlumatsız vətəndaşı məhkəmə ilə hədələyir. Borcuna görə bank tərəfindən mənzili əlindən alınanlar da az olmur. Məhz bu səbəbdəndir ki, hər ötən gün bankların məhkəmələrdə vətəndaşlarla çəkişmələrinin sayı durmadan artır”.

Bildirək ki, “Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribov ixtisaslı kadr olsa da, işinin öhdəsindən gələ bilməyən biri kimi tanınır. Üstəlik, o, bütün səalhiyyətləri bankın kredit şöbəsinin müdirinə həvalə edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button