ManşetSosial

“Unibank” 6 ayda nə qədər pul itirib?

“Unibank” 2024-cü ilin 6 aylıq hesabatını açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, bankın təqdim etdiyi çoxsaylı rəqəmlərdə göstərilən məbləğlər baş gicəlləndirsə də, vəziyyət heç də yaxşı deyil.

Belə ki, “Unibank” 2023-cü ilin sonu ilə müqayisədə bu ilin ilk altı ayı üçün istehlak kreditləri profili kiçilib. Hesabatda qeyd edilir ki, “Unibank”ın istehlak kreditləri portfeli 2 milyon 424 min manat azalaraq 625 milyon 182 min manata düşüb.

“Unibank”ın “Bank və digər maliyyə institutları üzrə depozitlər”in həcmi isə katastrofik səviyyədə azalıb. Belə ki, bu bənd üzrə itkilər 12.5 dəfəyə çatıb. Rəqəmlərdə qeyd edilir ki, ötən il 125 milyon manat olan bu məbləğ, bu il 10 milyon manata enib.

Bankın “Digər aktivlər” kateqoriyası üzrə qazancı da xeyli azalıb. JAMAZ.İNFO xəbər verir ki, həmin qazanc 121 milyondan 104 milyona düşüb.

Onu da bildirək ki, bankın hüquqi şəxslər üzər depozitləri də azalıb. Belə ki, bu bənd üzrə məbləğ 274 milyon manatdan 269 milyon manata qədər azalıb.

Qeyd edək ki, “Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribovdur. O uzun zamandır bu postu tutur. Amma görünən odur ki, onun xaricdən gətirdiyi bank mütəxəssisi Kamen Zahariyev də bankı vəziyyətdən çıxarmaq gücündə deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button