ManşetMedia

Ülvi Quliyevi kim seçəcək? -Seçicilər “yox” deyir

“Ülvi Quliyevi yenə də deputat seçmək istəyirlər. Təbii ki, namizəd olduğu 15 saylı Yasamal Birinci Seçki Dairəsinin seçiciləri yox! Yuxarılar…” Tribunainfo.az bildirir ki, bunu deputatlığa namizəd Ülvi Quliyevin Ümid Partiyasından rəqibi Taleh Əliyev sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə seçicilərlə görüşünə inzibati resurslardan istifadə edərək xeyli sayda insan yığıblar: ”Ülvi Quliyev 2005-ci ildə 21 saylı Nəsimi 1-ci seçki dairəsindən, 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən, 2015-ci ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən, 2020-ci ildə yenə də 15 saylı Yasamal 1-ci seçki dairəsindən deputat seçilmişdir. Maraq üçün YouTube kanalında axtarışa verdim ki, görüm cənab millət vəkili 4 dönəm Milli Məclisdə hansı qanunvericilik təşəbbüsü ilə yadda qalıb. Heç bir məlumat çıxmadı. Heç cari məsələlərin müzakirəsində də çıxışları yoxdur.
Keçən dövrləri bəlkə də başa düşmək olar. Dünyada və xüsusilə də regionda ictimai-siyasi, hərbi və təhlükəsizlik məsələləri indiki qədər mürəkkəb və ziddiyyətli deyildi. Amma indi vəziyyət kifayət qədər təhlükəli həddədir!
Xanımlar və cənablar!
İkinci Qarabağ müharibəsində qələbə çalan Müzəffər Ali Baş Komandanın Müzəffər Ordusu var idi!
Bu gün savaş meydanı diplomatik cəbhələrdədir!
Dövlətimizin və dövlət başçısının bu savaşdada qələbə çalması üçün ölkənin milli, real siyasi qüvvələrinin parlamentə təmsilçiliyinə mane olunmamalıdır!
Əksinə süni maneələri aradan qaldırmaqla bu prosesə töhfə verilməlidir.
Yaxın gələcəkdə regional və qlobal vəziyyət Azərbaycan üçün ikinci Qarabağ müharibəsində də daha təhlükəli və riskli olacaq!
O zaman Azərbaycana və onu idarə edən hakimiyyətə qətiyyətli və cəsarətli parlament – millət vəkilləri hava və su qədər lazım olacaq!”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button