ManşetÖlkə içi

Ukraynada Ermənistana məxsus zirehli texnika qənimət götürüldü – FOTO

Bir neçə gün bundan əvvəl Ukrayna ordusu Rusiyanın işğalçı qoşunlarından daha bir qənimət ələ keçiriblər. JAMAZ.İNFO xəbər verir ki, həmin qənimətin üzərindəki nişanlar isə maraqlı nüansları üzə çıxarıb.

Belə ki, qənimət götürüən zirehli texnikanın üzərində Ermənistan bayrağı həkk olunubmuş. Həmin texnikanın Ukraynaya necə gəlib çıxdığı isə sual olaraq qalır.

Bununla bağlı iki versiya var. Birincisi odur ki, sözügedən hərbi texnika Vətən Müharibəsi zamanı Qarabağda ruslar tərəfindən Azərbaycana qarşı istifadə olunub. Yəni, Rusiya Ermənistana silah yardımı etməklə yanaşı, həm də birbaşa özü prosesdə iştirakçı olub. Bu təsdiqini taparsa, Bakı ilə Kreml arasında şübhəsiz ən azı nota səviyyəsində gərginlik yaşanayacaq.

İkinci versiya isə ondan ibarətdir ki, Rusiya Ukraynaya hərbi təcavüza zaman ciddi hərbi texnika sıxıntısı çəkir. Nəticədə, KTMT-yə daxil olan Ermənistandan da həmin texnikaları tədarük etməyə başlayıblar. Daha doğrusu, İrəvan Moskvaya hərbi texnika baxımından yardım edib.

Qeyd edək ki, hələ bir müddət əvvəl Ermənistanın Rusiyaya Ukrayna müharibəsində istifadə etməsi üçün hərbi təyyarələr göndərdiyi bildirilirdi. Həmin vaxt ermənilər xarici ölkə səfirlərini inandırmaq üçün onları hərbi anqarlara da aparmışdılar. Üstəlik, İrəvan israrla məlumatı təkzib etmişdi. Maraqlıdır,  bəs, bu dəfə nə deyəcəklər? Hansı arqumenti gətirəcəklər?

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button