DünyaManşet

Ukrayna ordusu Donbasda separatçıların 6 tankını məhv edib

Son iki gündə Donbasda vəziyyət gərginləşib. Dünəndən etibarən Ukrayna ordusu qəfil hücumnlar təşkil edərək, separatçıların mövqelərinə zərbə endirirlər. JAMAZ.İNFO xəbər verir ki, dünən Ukrayna ordusu Donbasdakı bir qəsəbəni işğaldan azad edib.

Rusiya mətbuatının yaydığı məlumata görə, dünən gecə saatlarından başlayan artilleriya atışları, bu gün səhər saatlarından etibarən zirehli texnikanın hücumları ilə davam etdirilib. Qeyd edilir ki, Ukrayna ordusu Donbasdakı separatçıların atəş nöqtələrini, səngərlərini və artyilleriya qurğularını sıradan çıxara bilib. Vəziyyətin gərginləşdiyini görən, separatçılar səhər saatlarınan etibarən cəbhə xəttinə tankları və digər zirehli texnikaları göndərməyə başlayıb. Lakin onların tanklardan ibarət karvanın biri Telmanova yaşayış məntəqəsi yaxınlığında Ukrayna ordusunun artilleriya atəşinə tuş gəlib. Nəticədə, separatçılara məxsus 6 T-72 tankı sıradan çıxarılıb. Canlı qüvvə itkisi barədə isə məlumat verilmir.

Son xəbərlərə görə, Donbasdakı separatçılar bütün hərbi qüvvələrini cəbhə xəttinə dislokasiya etməyə başlayıb. Onlar yaxın vaxtlarda genişmiqyaslı hərbi əməliyyatların başlayacağını bəyan ediblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button