ManşetSosial

Ucarda həkim səhlənkarlığından körpə hepatitə yoluxub?- ŞİKAYƏT

Ucar rayon Mərkəzi Xəstəxanasında həkim səhlənkarlığı səbəbindən körpə uşaq hepatit C virusuna yoluxub. JAMAZ.İNFO xəbər verir ki, bunu həmin rayonun sakini Həşimov Vasif Maarif oğlu iddia edib.

Belə ki, o, redaksiyamıza ünvanladığı şikayət məktubunda qeyd edib ki, o, 28.01.2022-ci il tarixdə anadan olmuş oğlu Cahid Həşimov bu yaxınlarda xəstələnib. Bu ilin martın 12-də övladını xəstəxanaya aparan Ucar sakini, orada həkim Fəzayıl Əliyevin düzgün müalicə apara bilməməsi səbəbindən daha ciddi pöroblemlə üzləşib. “Uşağın qızdırması yüksək idi. Həkim Fəzayil Əliyev yüksək qızdıərması olan övladıma iynə vurdurduqdan sonra uşaq komaya düşdü. Bu azmış kimi, uşağa işlənmiş tibbi ləvazimat vasitəsi ilə sistem qoşdular. Buna irad bildirəndə, mənimlə kobud davranıb, özlərinə haqq qazandırdılar”.

Vasif Həşimov yazır ki, övladının həyatını xilas etmək üçün təcili olaraq Yevlax Xəstəxanasına üz tutub. “Orada uşağa lazım olan bütün tibbi yardımları etdilər. Çox şükür, qızdırma düşdü və uşaq sağaldı. Amma sonra məlum oldu ki, Ucar xəstəxanasında övladıma daha böyük bir pislik edilib”.

Şikayətçi yazır ki, hazırda övladı Cahidin vəziyyəti yaxşı deyil. Buna səbəb isə Ucar xəstəxanasında köçürülən sistem şlankı istifadə edilmiş olub və nəticədə körpəyə Hepatit C virusu keçib. “Həkim müayinəsindən sonra məlum olub ki, 1 yaşlı övladım Hepatit virisuna yoluxub. Bu həkim səhlənklarlığıdır və cinayətdir”.

Vasif Həşimov məsələ ilə bağlı Ucar rayon Prokurorluğuan şikayət edib. Hazırda bununla bağlı araşdırma aparıldığı cavabını da alıb. Amma o deyir ki, indiyə qədər heç bir qərar qəbul edilməyib.

Yazıda adı keçən şəxslər və qurumların da mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button