ManşetÖlkə içi

Ucarda 44 minlik borca görə 140 minlik traktor niyə müsadirə edilib? –ŞİKAYƏT

“Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədov vəzifəsindən sui-istifadə edərək, mənim işlətdiyim traktorun üzərinə qanunsuz həbs qoyub”.  JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəllifi Ucar rayonu Alpı kənd sakini Rüstəmov Mikayıl Əlisaab oğludur.

O, redaksiyamıza göğndərdiyi ş-ikayət məktubunda yazır ki, hazırda əkinin qızğın vaxtıdır və traktorunun əlindən alınması səbəbindən işsiz qalıb. “Halbuki mənim himayəmdə iki əlil övladım var”.

O qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi Təhqiqat İnsitutu Ucar Şirvan Təcrübə Stansiyasına məxsus “Lova” markalı traktoru 2020-ci il tarixdən işlədir. “İdarənin dövlətə olan borcunun yerinə həmin “Lova” markalı traktorunun üzərinə həbs qoyulub. Hansı ki,  idarədə həmin traktordan başqa, yüzlərlə texnika və avadanlıqlar var. Lakin Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi rüşvət müqabilində İdarənin rəisi Qəhrəma Qəhrəmanovun sifarişi ilə mənim idarə etdiyim “Lovo” markalı traktorun üzərinə həbs qoydurub”.

Mikayıl Rüstəmov deyir ki, idarəinin 44000 manat borcu var. “Amma mənim idarə etdiyim “Lovo” markalı traktorun isə 140 000 manat qiyməti var. Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi Təhqiqat İnsitutu Ucar Şirvan Təcrübə Stansiyasının direktoru Qəhrəman Qəhrəmanov əvvəllər məhkum olunub, indi isə idarənin əmlakını talan etməklə məşğuldur.Təkcə bu il götürdüyümüz 140 ton taxılı sataraq mənimsəyib”.

Alpı kənd sakini yazır ki, o, traktor sürməklə iki əlil övladının dolanışığını təmin edir.

Onun iddiasına görə, Ucar İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədovun qanunsuz fəaliyyəti nəticəsində Ucarda çoxlu sayda məhkəmə qətnamələri indiyə qədər icra olunmayıb. “Çünki o, borclu tərəfdən pul alıb, onlar barədə heç bir tədbir görmür”.

Mikayıl Rüstəmov rəsmi qurumlardan məsələnin araşdırılmasını və onun hüquqlarının bərpa olunmasını xahiş edir.

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button