DünyaManşet

Türkiyəyə yardım çatdıran alman sürücülər pul almaqdan imtina etdilər: bütün xərcləri özləri çəkirlər

Dünyanın hər yerindən Türkiyəyə yardım axır. Uzaq Braziliyadan tutmuş, Tailanda qədər bütün ölkələr həm yaralılar, həm küçədə qalan insanlara isti geyimlər və ərzaq, həm də dağəntılar altına qalanları çıxarmaq üçün xilasedici qruplar göndəririlər.

JAMAZ.İNFO xəbər verir ki, Almaniyada isə vəziyyət bir qədər fərqli şəkil alıb. Belə ki, orada yaşayan türklər, azərbaycanlılar və yerli almanlar durmadan yardım kampaniyası həyata keçirilər. Məlumatlara görə, artıq iri şəhərlərdəki bütün anbarların hamısı bağışlanan yardımlarla dolub. Təkcə, Şturtqart şəhərindən Türkiyəyə 100 manşına yaxın yardım göndərilib. Berlin və digər şəhərlərdən isə davamlı olaraq yüklər daşınır.

Bu gün məlum olub ki, həmin yardımları Türkiyəyə çatdırmaq üçün boş maşın qalmayıb. Ona görə də, Almaniyada yaşayan türklər iri həcimli maşınları kirayələyərək, həmin yardımları özləri birbaşa çatdırmaq qərarına gəliblər. JAMAZ.İNFO xəbər verir ki, yük götürmə qabiliyyəti olan bütün maşınları humanitar yüklərlə dolduraraq, yola salmağa başlayıblar.

Maraqlı məqam odur ki, indiyə qədər Türkiyəyə yardımları çatdırmaq üçün yola çıxmış TIR sürücüləri bunun müqabilində pul almaqdan imtina ediblər. Onlar bütün xərcləri özləri çəkəcəklərini bildiriblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button