CəmiyyətManşet

Türkiyədən Ermənistana mesaj: “Təxribatılarınıza cavab veriləndə yanınızda kimsə qalmayacaq””

Türkiyənin Adalet və Kalkınma Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik Twitter hesabında Azərbaycana dəstək mesajı yayıb. JAMAZ.İNFO xəbər verir ki, Çelik mesajında Ermənistan tərəfindən Kəlbəcərdə həyata keçirilən hücum zamanı Azərbaycanın bir əsgərinin Şəhid olduğunu qeyd edib.

AKP rəsmisi erməni təxribatını lənətləyərək bildirib ki, Eermənistanın davamlı təxribatlar törətməsi bölgədə sülh üçün ən böyük təhdiddir. O, bu təxribatçı siyasətdə Ermənistan qədər, onu cəsarətləndirən ölkələrin də məsuliyyət daşıdığını deyib. “Ermənistan bu təxribatçı siyasəti ilə heç bir şey edə bilməz.  Ermənistan özünə təşviq edənlərə aldanmasın. Bu hücumları təşkil edənlər Ermənistana gerçək cavablar verildiyi zaman, heç bir vaxt onun yanında durmazlar.  Ermənistanın belə təcavüzçü siyasəti özünü daha çətin vəziyyətə salacaq. Prezidentimiz bölgə ölkələr ilə qurulacaq mexanizmlərin önəmini diqqət mərkəzinə çəkib. Ermənistan işğalçılıqdan vaz keçdiyi təqdirə bu mexanizmə daxi ola bilməz. Ermənistan bu tarixi fürsəti əldən verməməlidir. Ermənistan Prezidentimizin və Azərbaycan Pprezidenti Cənab İlham Əliyevin mesajlarını yaxşı anlamalıdır. Əks təqdirdə, yeni problemlərlə üzləşəcəklər. Ermənistana bölgədə sülhün təhlükəyə atmasına icazə verilməyəcək”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button