ManşetSiyasət

Türkiyədəki səfirimiz:  “Zəngəzur dəhlizi tezliklə açılacaq”

“Zəngəzur dəhlizi Türkiyə ilə Azərbaycanı birləşdirəcək. Bu dəhlizin açılması istiqamətində işlər sürətlə gedir və sona çatmaq üzrədir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, “TRT Haber” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, Zəngəzur 1920-ci ildə Sovet İttifaqı dövründə Azərbaycandan alınaraq, Ermənistana verilmiş torpaqdır. “Azərbaycanla Türkiyə sərhədində sədd çəkildi, maneələr yaradıldı”.

Zəngəzur dəhlizi ilə Türkiyə ilə Azərbaycan arasındakı məsafənin 38 kilometrə enəcəyini deyən səfir Məmmədov bunun Türkiyənin Asiya ilə ticarət əlaqələri üçün də vacib olduğunu vurğulayıb: “Türkiyə Şərqlə Qərb arasında əlaqə yaradacaq”.

Məmmədov onu da əlavə edib ki, “Zəngəzur dəhlizi layihəsi Ermənistan üçün öz təhlükəsizliyini təmin etmək baxımından vacibdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button