DünyaManşet

Türkiyədə yenə güclü zəlzələlər olacaq: Türk mütəxəssislər bədbindirlər

Türkiyədə 6 fevralda baş vermiş və 42 min insanın həyatına son qoymuş zəlzələ ilə bağlı mütəxəssislər heç də yaxşı nəsə vəd etmirlər. Onlar davam edən zəlzələlərlə bağlı proqnozlarında da nikbin deyillər. JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı Türkiyənin çox sayda alimləri fərqli fikirdə olsalar da, ümumi yanaşma budur ki, dünən gecə Hatay və İsgenderunda baş verən zəlzələlər əvvəlki təkanlardan qalan avtoşoklar deyil, əksinə, həmin prosesin davamıdır.

İstanbul Texniki Universitetinin Geologiya Mühəndisliyi fakultəsinin professoru Cenk Yaltırak bildirib ki, mərkəzləri Samandağ və Defne olan iki yeraltı təkanların 7,7 bal gücündə zəlzələdən sonra baş verən avtoşoklar deyil. “Son zəlzələnin baş verdiyi ərazi Antakya qrabeninin şərq tərəfində, 2-16 km arası qırılmaların yerləşdiyi yerdir. Ona görə də bu, afterşok deyil. Bu zəlzələ təcrid olunmuş zəlzələdir. Bu ərazidə 12 qırılmadan yaranana zəlzələlər ötürülən gərginliyin məhsuludur. Bölgədə orta böyüklükdə zəlzələlər yaradacaq irili-xırdalı qırılmalar var. Ağır və orta dərəcədə zədələnmiş bəzi binalar çökə bilər. Yüngül zədələnmiş binalar zədələnə bilər. Samandağdan Kiprə qədər dənizin dibi düz və dayazdır. Sunaminin olması üçün sualtı sürüşmə olmalıdır. 30-40 sm qabarma istisna olmaqla, böyük sunami olmayacaq”.

Cenk Yaltırak daha sonra qeyd edib ki, zəlzələ sürətlənmələrinin paylanmasına baxdığımızda 2 dəfə, 2 fərqli vaxtda sürətlənmə piklərinin olduğunu görürük. “Yəni bir-birinə qarışmış, bir-birini 3,4 saniyəyə tətikləyən və cəmi 7,7 bal gücündə zəlzələ ehtimalı da var. Zəlzələ ölçmə stansiyalarının məlumatı gec qəbul edib-etmədiyini və ya qırılma başlayandan sonra cənuba doğru uzanan problemin 7,7 bal gücündə zəlzələnin parça-parça səbəb olub-olmadığını araşdırırıq”.

Kocaeli Universiteti Geofizika Mühəndisliyi Bölümünün professoru Şərif Barış isə deyir ki, xəritə və mövcud məlumatları araşdırmadan qəti bir şərh vermək doğru olmaz. “Ancaq 7,7 bal gücündə zəlzələnin afterşok zəlzələsi kimi bir vəziyyət ola bilər və ya bu, ayrıca baş verən zəlzələ ola bilər. Bütün məlumatları nəzərdən keçirdikdən sonra zəlzələ ilə bağlı dəqiq məlumatı paylaşacağıq”.

Şeriş Barış onu da bildirib ki, onlar təxmin edirmişlər ki, episentrdən başlayaraq 4-5 fərqli hissə bir neçə saniyəlik fasilələrlə qopub və ümumilikdə 7,7 bal gücündə zəlzələ baş verib. “Maraş və Hatay qırılmalarının bir neçə saniyəlik eyni fasilələrlə bir-birinin ardınca qırılacağını proqnozlaşdırırıq. Bundan başqa, Pazarcık fayının 7,7 bal gücündə zəlzələ yaratması mümkün deyildi”.

Zəlzələnin afterşok zəlzələ deyil, həmin xəttan kənar, müstəqil zəlzələ olduğunu deyən seysmoloq Ramazan Demirtaş isə qeyd edir ki, son təkanlardan sonra Samandağından başlayıb, dənizdən keçən böyük xəttin qırıldığı üzə çıxıb. “Bu zəlzələ, son 7,7 bal gücündə zəlzələ ilə Kipr qövsü dediyimiz qırılma zonasını yaradan qırağın cənub ucunun kəsişməsində meydana gəldi. Zəlzələdən dərhal sonra Şərqi Anadolu Fay Zonası, Ölüdəniz Fay Zonası, Kipr Qövs qovşağı, yəni Zaferburnunda seysmik boşluqlar aşkarlandı. Təəssüflər olsun ki, iki böyük zəlzələdən sonra biz 5 və daha yuxarı bal gücündə çoxlu afterşoklar və fərdi zəlzələlər görürük. Ardıcıl iki güclü zəlzələ seysmik boşluqlarla bəzi problemlərə səbəb oldu”.

Karadəniz Texniki Universiteti Geologiya Mühəndisliyi fakültəsinin professoru Osman Bektaş isə vurğulayır ki, bu zəlzələ 7,7 bal gücündə zəlzələnin öz istiqamətinə paralel olaraq gecikmiş afterçoklardır. “Yerin altında enerji axını davam edir. Axının vəziyyəti əsas mərkəzdən yayılır, yəni stressin ötürülməsi var. Adana, Malatya və Adıyamanı da təsir edəcək orta böyüklükdə təkanlar ola bilər”.

Zəlzələ bölgəsində araşdırmalarını davam etdirən BTİ-nin geologiya mühəndisliyi şöbəsinin professoru  Serdar Akyüz 7.7 bal gücündə baş verən zəlzələdə təxminən 300 kilometrlik xəttin qırıldığını ifadə edərək, “Həm yerdə müşahidə edirik, həm də pilotsuz təyyarə ilə havadan görüntülər çəkirik. Pazarcık yaxınlığındakı ərazidə 6 metrə qədər səth atılmaları gördük. Biz qırıq xətti bilirik. Lakin fayın ilk qırıldığı nöqtə hələ müəyyən edilməyib. Birdən çox fokus nöqtəsi varsa, müxtəlif yerlərdə qırılma nöqtələri olacaq” deyə bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button