GündəmManşet

Türkiyə ikinci fəlakətlə üzləşə bilər: Atatürk Su Anbarında çatlar əmələ gəlib

Türkiyədə daha bir faciəvi hadisə yaşana bilər. JAMAZ.İNFO xəbər verir ki, Adıyaman və Şanlıurfa məntəqələri arasında, Fərat çayı üzərində qurulmuş Atatürk Su Anbarının bir neçə divarında zəlzələnin təsirindən çatlar əmələ gəlib.

Qeyd edək ki, dəniz səviyyəsindən 169 metr hündürlükdə, uzunluğu 1.819 m, sahəsi 817 mln m² və həcmi 48 milyard 700 mln. m³ olan anbar enerji və suvarma məqsədlidir. Dünyada böyüklüyünə görə 6-cı, elektrik istehsalına görə 5-ci su anbarı sayılır.

Mütəxəssislərin rəyinə görə, əgər Atatürk Su Anbarı partlarsa 30 km çevrədəki bütün ərazi suyun altında qalacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button