AraşdırmaManşet

Türk mənbələrindən iddia: “Qarabağda ruslarla erməni terrorçuları arasında atışma olub, hər iki tərəfdən 39 nəfər ölüb”

44 günlük müharibə bitdikdən sonra Dağlıq Qarabağda hansı hadisələrin baş verdiyini dəqiqliklə öyrənmək hələ ki, Azərbaycan mətbuatına nəsib olmayıb. Daha doğrusu, ermənilərin yaşadıqları Azərbaycan torpaqlarında hansı məcrada davam etdiyi müəmma olaraq qalıb. Yalnız rus və erməni mənbələrindən, qismən də Qərb mətbuatından bəzi informasiyalar əldə etmək mümküdür. Qarabağda nə baş verir?

JAMAZ.İNFO xəbər verir ki, noyabrın 10-dan sonra Xankəndi, Xocavənd, Xocalı və Ağdərədə müəmmalı olayların yaşandığı sirr deyil. Bizim bildiyimiz isə rus sülhməramlıları əraziyə yerləşib, orada minatəmizləmə və humanitar işlərlə məşğul olurlar. Bundan əlavə, təmas xətti deyilən ərazilərdə təhlükəsizliyin təmin edilməsi üçün qarovul xidməti təşkil olunub. Həmçinin rusların Qarabağ ermənilərini Ermənistandan geriyə qaytarması prosesi mövcuddur. Lakin konkret olaraq, 3700 kv.km ərazidə baş verən olaylarla bağlı maraqlı, eyni zamanda, olduqca qəribə iddialar var. Xüsusən də bu iddiaların müəllifləri türk ekspertləridir.

Qeyd edək ki, ruslar bir neçə dəfə Qərb mətbuatını Laçın dəhlizindən Xankəndinə buraxmayıblar. Hətta bu yaxınlarda rus sülhməramlıları 10dan artıq jurnalistin Qarabağa getməsinə imkan belə verməyiblər. Bu olayla bağlı “Sərhədsiz Reportyorlar” Təşkilatı etiraz bəyanatı da yayıb.

Eyni zamanda, onu da qeyd edək ki, ara-sıra erməni tərəfi Azərbaycan Ordusunun mövqelərindən Qarabağda yaşayan erməniləri və orada qərarlaşmış, hələ də çıxmayan erməni hərbçilərini atışə tutduqlarını iddia edirlər. Ötən günlərdə guya, Əsgəran istiqamətində iki erməni traktorçu pulyamyotdan atılan atəş nəticəsində, yaralanmadan güclə canlarını qurtarıblar.

Bütün bunları sadalamaqla yanaşı, Qarabağda hələ də erməni silahlılarının qaldığı sirr deyil. Azərbaycan tərəfinin hazırda əsas tələbi də odur ki, onlar dərhal ərazini tərk etməlidirlər. Elə Ermənistanın özündə də Qarabağda hərbi xidmət keçən əsgərlərin valideynlərinin davamlı olaraq etiraz aksiyaları keçirdikləri də diqqəti çəkir. Onlar övladlarının Qqarabağdan çıxarılaraq, Ermənistandakı hərbi hissələrə gətirilməsini tələb edirlər.

İndi isə türk mənbələrinin ortaya atdıqları iddialara diqqət yetirək. Müxtəlif türk telekanallarında (maraqlıdır ki, azsayda tamaşaçısı olan TV-lər) ötən günlərdə məlumat yayılıb ki, Dağlıq Qarabağda müharibə rəsmi olaraq bitsə də, erməni silahlıları ilə rus sülhməramlıları arasında davamlı olaraq silahlı toqquşmalar qeydə alınır. Açıqlamalara görə, söhbət Qarabağdakı Arayik Arutyunyan, Balasanyan və digərlərinə tabe olmaqdan imtina etmiş, sayları bir neçə min olan, habelə Qarabağdakı meşələrdə gizlənmiş və Azərbaycanla müharibə aparmağın tərəfdarı olan dəstələrdən gedir. Məlumatda iddia edilir ki, təkcə, 10 noyabrdan yanvar ayının ortalarına qədər rus sülhməramlıları ilə erməni silahlı dəstələri arasında dəfələrlə toqquşmalar baş verib. Hətta bununla bağlı konkret rəqəmlər də səsləndirilir. Məsələn, türk mənbələri bildirir ki, bu atışmalar nəticəsində qeyd olunan müddət ərzində 28 erməni terrorçusu öldürülüb. Yaralananların sayı barədə isə məlumat verilmir. Eelə rusların da itki verdikləri qeyd olunur. Belə ki, həmin silahlı toqquşmalar zamanı 11 rus əsgərinin öldüyü, bir neçəsinin isə yaralandığına dair iddialar var.

Türk mənbələrinin iddiaların görə, bu məlumatlar tərəflər arasında razılaşmaya əsasən gizli saxlanılır. Və bu gizliliyin konkret səbəbləri barədə isə heç nə danışılmır.

Bildirək ki, müharibə bitdikdən bir xeyli sonraya qədər rus teleqram-kanalları da yazırdılar ki, rus sülhməramlıları Qarabağda ilk itkilərini verməyə başlayıblar. Onların məlumatlarına istinad edərsək, belə anlaşıla bilər ki, rusların itkilərinin sayı 20 nəfərə yaxın olub. Amma bütün bunlara rəğmən, münaqişənin həllində iştirak edən Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya rəsmi dairələri bu barədə nə açıqlama veriblər, nə də danışıblar.

Erməni terror dəstələrinin Qarabağda olması faktdır və bunu heç kim gizlətmir. Həmçinin erməni terrorçularının ruslarla toqquşa bilməsi də ehtimal olunandır. Çünki onlar özlərini heç kimə tabe olmayan qüvvələr hesab edirlər. Bunu Şuşa ətrafında Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatları zamanı əsir götürülmüş 70-dən çox erməni terrorçusu da təsdiqləyirdi. Hədəflərinin isə Qarabağı “geri qaytarmaq” olmasıymış.

Bütün bunların fonunda erməni terrorçuları ilə ruslar arasında silahlı toqquşmanın olub, olmamasını demək xeyli çətindir. Lakin ehtimaldan da uzaq məsələ deyil. Ona görə də, məsələsi müəmma olaraq qalır. Və bu müəmmanın bu şəkildə uzun müddət qalması mümkün görünmür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button