DünyaManşet

Türk ekspertin dedikləri həqiqət olur: YENİ ÖLÜMCÜL VİRUS YAYILIR

Hindistandan dəhşətli xəbərlər gəlməkdədir. JAMAZ.İNFO xəbər verir ki, hər gün yüz minlərlə insanın koronavirusa yoluxduğu ölkədə, daha bir dəhşətli xəstəlik yayılmğa başlayıb.

İngiltərədə nəşr olunan “Daily Mirror” qəzetinin yaydığı məlumata görə, Hindistanda koronavirus xəstəliyinə yoluxanlar arasında “qara göbələk” adlanan göz xəstəliyi sürətlə yayılmağa başlayıb. Dehli hökuməti öldürücü xüsusiyyətə malik olan xəstəliyin önlənilməsi üçün dünya ölkələrindən yardım istəyib. İndiyə qədər 1000 nəfərdə aşkarlanan xəstəlik əsasən koronavirusa yoxluxanlarda qeydə alınıb. Və yeganə müalicə yolu əməliyyat olan “qara göbələk”dən müalicə ilə xilas olmağın imkanlarını həkimlər çox aşağı faizli hesab edirlər. Tibb alimləri əsas yol kimi, gözün birinin çıxarılmasını göstərirlər. Əks təqdirdə, xəstənin ölmə ehtimalı 90 faizdən çox olur.

Qəzet yazır ki, Hindistanda 1000 nəfərdə aşkarlanan xəstələrin hamısı xəstəxanaya yerləşdirilib və əməliyyat olunublar. Həkimlər onların 60 fazinin bir və ya iki gözünü çıxarmaq məcburiyyətində qalıblar.

Qeyd edək ki, Türkiyədə nəşr olunan “Yeşil” qəzetin baş redaktoru, tanınmış ekspert Kaan Sarıaydın hələ bir xeyli əvvəl koronavirusu ortaya çıxaranların, tezliklə yeni bir xəstəliyi də dünyada yayacaqları barədə xəbərdarlıq etmişdi. O bildirmişdi ki, bu işin başında duran güclərin yeni xəstəliyi gözlə bağlı olacaq.

Yəni, dünyada göz xəstəliyi şəklində ölümcül bir virus yaymağa başlayacaqlar. Hindistanda baş verənlər belə deməyə əsas verir ki, Sarıaydının dediklərində ciddi həqiqət var. Çünki bu ölkədə baş verənlər gedişatın dünyanın yeni bir virusla sınağa çəkiləcəyindən xəbər verir.  

Onu da xatırladaq ki, Kaan Sarıaydın Qarabağ savaşı ilə də bağlı bir sıra ciddi açıqlamarın müəllifidir. O, bölgədə ciddi proseslərin getdiyini, müharibənin Qafqazda və yaxın bölgələrdə bir sıra dəyişikliklərə səbəb olacağını, habelə yeni bir güc mərkəzinin yarandığını bəyan etmişdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button