ManşetSiyasət

Tomasde Vall: “Əgər yeni çox kiçik münaqişə olsa, Naxçıvana dəhliz məsələsi qapanacaq”

“Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyev yeni genişmiqyaslı münaqişədə maraqlı deyil”. JAMAZ.İNFO xəbər verir ki, bunu “Karnegi” Fondunun aparıcı analitiki və Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaal Ermənistanın “Azatutyun” radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda yerdə baş verənlər çox ciddi məsələdir. “Qorxuram ki, 2023-cü il gərgin, çətin ola. Yeni münaqişənin olmayacağına ümid edirəm, amma əlbəttə, ciddi danışıqlar getməyənə, 2020-ci ilin noyabr razılaşmaları qüvvədə olmayana qədər yeni münaqişə ehtimalı yüksəkdir. Bu müqavilənin əsas bəndlərindən biri olan Laçın yolunda tranzit yoxdur. Təbii ki, Qarabağ ermənilərinin və “Zəngəzur dəhlizi”nin taleyinin danışıqlar yolu ilə deyil, yerdə həll olunacağı ilə bağlı ciddi qorxular var. Təbii ki, yanvarda Brüsseldə danışıqlar prosesini bərpa etmək üçün ciddi cəhdlər var. Gəlin görək nə baş verir. Amma hələlik vəziyyət çox gərgindir”.

Onun sözlərinə görə, əgər qarşıdurma olsa, onun miqyası 2020-ci ildə gördüyümüzdən daha kiçik olacaq: “Ola bilsin, çox sadə səbəbdən ki, erməni tərəfinin hərbi resursları qıtdır. Və zənnimcə, Əliyev də yeni genişmiqyaslı münaqişədə maraqlı deyil. Çox ola bilsin, o, istədiyini danışıqlar yolu ilə əldə edə bilməsə, erməni tərəfinə təzyiqləri artıracaq”.

Ekspert müsahibəsində həmçinin qeyd edib ki, Ruben Vardanyanın Qarabağa gəlişi vəziyyəti daha da qəlizləşdirib: “Bakıda belə bir fikir yaranıb ki, Ruben Vardanyan Kremlin layihəsidir, Putinin adamıdır. Mən belə düşünmürəm, amma razıyam ki, Vardanyanın Qarabağa gəlişi danışıqlar prosesini xeyli çətinləşdirib”.

Tomas de Vaalın fikrincə, buna səbəb Vardanyanın daha güclü fiqur olmasıdır. “Mənim qənaətimə görə, Bakıda yerli ermənilərlə danışıqlar apara biləcəklərini düşünürdülər. Əlbəttə, Vardanyanla bağlı, onun kimliyi ilə bağlı şübhələr var – iqtisadi amil də var,  Rusiya ilə Azərbaycan arasında, Qarabağ yaxınlığındakı yataqlar, mədənlər ətrafında guya iqtisadi maraqların toqquşması məsələsi var”.

Danışıqlar prosesinə gəldikdə isə, ekspert hesab edir ki, hələ ötən il, sadəcə olaraq, gizli şəkildə, ikitərəfli formatda danışıqlar aparılıb, Vardanyan faktoru isə Bakı ilə Xankəndi arasında gedən gizli danışıqlar prosesini mürəkkəbləşdirib. “Amma çoxları bu münaqişənin kökündə Qarabağ ermənilərinin taleyinin dayandığını və Qarabağ ermənilərinin məsələsini güc yolu ilə həll etmək cəhdinin yeni münaqişə demək olduğunu, bunun sakitcə baş verməyəcəyini deyib və deyirlər. Və mən hesab edirəm ki, Bakıda çoxları bunu həqiqətən başa düşür. Onlar sadəcə ona görə maksimalist mövqe tuturlar ki, çoxlu müsbət faktorlar görürlər. Amma həm də çox diqqətli olmaq zərurətini də  dərk edirlər, çünki yeni çox kiçik münaqişə olsa, Naxçıvana dəhliz kimi məsələlər qapanacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button