ManşetÖlkə içi

Tomas de Vaal: “İlin sonuna qədər sülh sazişinin imzalanması ehtimalı 50/50-dir”

“İlin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ehtimalı 50/50-dir”. JAMAZ.İNFO xəbər verir ki, bunu “Karnegi” Fondunun baş eksperti Tomas de Vaal deyib.

O bildirib ki, Azərbaycanın Ermənistana sülh sazişi ilə bağlı şərtləri var. “Bakının indi yeni ilkin şərti var ki, Ermənistan Konstitusiyasına düzəlişlər edilməlidir. Bu, İrəvan üçün çox çətin məsələdir”.

De Vaal daha sonra bildirib ki, sülh sazişində Zəngəzur Dəhlizi məsələsi yer almaya bilər. Onun sözlərinə görə, bunu Ermənistan istəmir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button