GündəmManşet

Tiqran Abramyan: “Ermənilər artıq Azərbaycanın nəfəsini hiss etməyə başlayıblar”

Martın 25-dən sonra Azərbaycan Ordusu yerləşdiyi mövqelərini möhkəmləndirməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, xüsusən də Ermənistanla sərhəddə Ordumuz yeni postlar qurur, təminat yolları salır və möhkəmlənmə işləri aparır.

Erməni mediası yazır ki, Azərbaycan hərbçiləri Dığ kəndi (ermənilər Tex kimi adalandırır) istiqamətində hər 100 metrdən bir 2 və ya 3 post qururlar. Yerli icmanın nümayəndələri bildirir ki, onların əkin-biçinlə məşğul olduqları 60 hektar ərazi də Azərbaycan Ordusunun nəzarətindədir. “Azərbaycan tərəfi əllərində xüsusi avadanlıqla sərhəddi müəyyən edirlər. İndiki yerləşdikləri yerlərin də onlara məxsus olduqlarını bildirirlər”.

Ermənistan parlamentinin üzvü Tiqran Abramyan isə deyir ki, son hadisələr Ermənistanla sərhəddə yeni vəziyyət yaradıb. Onun sözlərinə görə, son günlər azərbaycanlıların fəallığı erməni əhali arasında dərin narahatlıq yaradıb. “Vəziyyətdən asılı olmayaraq, insanlar artıq “Azərbaycanın nəfəsi”ni hiss etməyə başlayıblar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button